veten informasiya agentliyi

Prezidentin köməkçisi: “Ermənistanın təcavüz aktına ATƏT-in Minsk Qrupu konkret münasibət bildirməlidir”

Tarix:16-07-2020, 11:14
Baxış Sayı:284

Prezidentin köməkçisi: “Ermənistanın təcavüz aktına ATƏT-in Minsk Qrupu konkret münasibət bildirməlidir”

“Tovuzdakı təxribat Ermənistanın Azərbaycana qarşı çirkin əməlidir”.

Oxu.Az-ın məlumatlna görə, bunu mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu barədə lazımi beynəlxalq təşkilatlatlara məlumat verilib:

“BMT, Qoşulmama Hərəkatı, ATƏT-ə və digər beynəlxalq təşkilatlara da məlumat verilib. Türkiyə tərəfindən məsələyə dərhal reaksiya verilib, Türkdili Dövlətlərin Əməkdaşlıq Təşkilatı, İran, Səudiyyə Ərəbistanı da bizim məlumatlarımıza dəstək göstərib.

Ermənistanın hərbi təcavüz aktına ATƏT-in Minsk Qrupu konkret münasibət bildirməlidir. Təəssüf ki, biz yenə də standart cavablar alırıq”.

H.Hacıyev bildirib ki, Ermənistan bu hadisənin məsuliyyətini Azərbaycanın üzərinə atmaq istəyir:

“Cənab Prezident İlham Əliyevin vaxtında atdığı addımlar nəticəsində Ermənistanın niyyəti ifşa edildi. Ermənilər itkilərini gizlədir. Bu əməllər beynəlxalq ictimaiyyət tərəfindən izlənilir”.

“Azərbaycan Ordusunun şəxsi heyətlə komplektləşməsi üçün heç bir problem yoxdur. Azərbaycan Silahlı Qüvvələri bu gün yüksək texnologiyalardan istifadə edir. Bunun üçün yüksək təlimlər və kurslar vacibdir. Bu kurslar bu gün yüksək səviyyədə həyata keçirilir”, - deyə H.Hacıyev qeyd edib.

“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
“Veysəloğlu”  “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər  37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
A ç ı q l a m a
A ç ı q l a m a
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
Elm və təhsil naziri Xocalıda məktəb açılışında