veten informasiya agentliyi

İsmayıllı şəhidini torpağa tapşırıb

Tarix:13-07-2020, 08:56
Baxış Sayı:511


İsmayıllı şəhidini torpağa tapşırıb

Bu gün şəhid Daşdəmirov Xəyyam Məhəmməd oğlu doğulduğu İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb. Rayonun icra hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər dövlət strukturlarının rəhbər heyətləri, həmçinin rayon sakinləri kənd qəbiristanlığında keçirilmiş dəfn mərasimində iştirak edib.

Xatırladaq ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən 2 hәrbçimiz şәhid olub. Ağır yaralanan hərbi qulluqçumuz əsgər X.Daşdəmirov da həkimlərimizin səyinə baxmayaraq şəhidlik zirvәsinә ucalıb. O, 2002-ci ildә İsmayıllıda dünyaya gәlib. Hәrbi xidmәtә 2020-ci ilin aprel ayında çağrılıb.

Allah şәhidlәrimizә rәhmәt elәsin!

İsmayıllı Rayon İcra Hakimiyyәti
İsmayıllı şəhidini torpağa tapşırıb

Qazın qiyməti UCUZLAŞDI
Qazın qiyməti UCUZLAŞDI
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
İranlı futbolçulara ABŞ vizası verilib
İranlı futbolçulara ABŞ vizası verilib
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Trampdan İrana sərt mesaj
Trampdan İrana sərt mesaj
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?