veten informasiya agentliyi

“Fairmont Baku” otelinin rəhbəri də cərimələnib? - DİN-dən REAKSİYA

Tarix:6-07-2020, 08:53
Baxış Sayı:278

“Fairmont Baku” otelinin rəhbəri də cərimələnib? - DİN-dən REAKSİYA


Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydaları pozan, sanitar-epidemioloji vəziyyəti nəzərə almadan, koronavirusa qarşı mübarizə tədbirlərini görməzdən gələn, vəzifəsindən asılı olmayaraq hər kəs qanun qarşısında məsuliyyət daşıyır.
Modern.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Fairmont Baku” otelinin rəhbərinin məsuliyyətə cəlb olunub-olunmadığı məsələsinə münasibət bildirərkən deyib.
E.Zahidov deyib ki, qanunu pozanların kim, yaxud kimin qohumu olması nəzərə alınmır:
“Biz koronavirusa qarşı mübarizə tədbirləri həyata keçiririk. Orada məsuliyyətə cəlb edilənlərin kimliyi tərəfimizdən açıqlanmır”.
Daxili İşlər Nazirliyinin dünən yaydığı məlumatda bildirilib ki, paytaxtın Səbail rayonundakı oteldə xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.
Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.
Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən peşmanlıqlarını ifadə ediblər.
Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər.

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib
“Füzuli dünyası” adlı intellektual bilik yarışı təşkil olunub
“Füzuli dünyası” adlı intellektual bilik yarışı təşkil olunub
Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir
Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir
51 məktəbli Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına vəsiqə qazanıb
51 məktəbli Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına vəsiqə qazanıb
"Korrupsiyadan azad mühit və şəffaflıq" mövzusunda maarifləndirici seminar keçirilib
İsmayıllıda akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub
İsmayıllıda akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub
Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
Şamaxı rayon K.Kərimov adına Göylər kənd tam orta məktəbində növbəti mühazirə - dərs keçirildi
Şamaxı rayon K.Kərimov adına Göylər kənd tam orta məktəbində növbəti mühazirə - dərs keçirildi