veten informasiya agentliyi

Sabaha olan hava proqnozu açıqlandı

Tarix:1-07-2020, 10:05
Baxış Sayı:800

Sabaha olan hava proqnozu açıqlandı




İyulun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

İyulun 2-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir