veten informasiya agentliyi

Maskaların keyfiyyət problemi - AİB SƏDRİ NƏLƏR DEDİ?

Tarix:30-06-2020, 13:45
Baxış Sayı:379

Maskaların keyfiyyət problemi - AİB SƏDRİ NƏLƏR DEDİ?

"Tibbi maskaların keyfiyyəti və qiyməti ilə bağlı Azad İstehlakçılar Birliyinə (AİB) hər gün istehlakçılardan 10-a yaxın zəng gəlir".

Bunu AİB sədri Eyyub Huseynov deyib.

Onun sözlərinə görə, istehlakçılar məhsulun həm qiymətindən, həm də keyfiyyətindən narazılıq edirlər: "İstehlakçılar hesab edir ki, maskaların qiyməti tənzimlənsə, yaxşı olar. Əgər mütəxəssislər dediyi kimi, hər iki saatdan bir maska dəyişilməlidirsə, 5 nəfərdən ibarət olan ailə bir gündə maskaya 8-10 manat pul xərcləməlidir. Təəssüf ki, bu günə kimi hansısa səlahiyyətli dövlət orqanının nümayəndəsi birmənalı şəkildə deməyib ki, hansı maskanı hansı şəraitdə nə qədər taxmaq olar? Bu barədə çoxlu söz-söhbət gəzir. Nazirlər Kabinetinin məsul işçiləri bu barədə konkret fikir bildirməlidirlər".
AİB sədri bildirib ki, maskaların keyfiyyəti barədə çoxlu sorğular olur: "Məsələn, bu gün bir neçə istehlakçı şikayət edib ki, hər iki tərəfi ağ olan maskaların qulağa taxılan rezini tez qopur. İstehlakçılar fikirləşir ki, bunu insanların maska almağa məcbur qalmaları üçün qəsdlə edirlər. Hər iki tərəfi ağ olan maskaları kim istehsal edirsə, bu problemi həll etməlidir.
Mən neçə ay əvvəl təklif vermişdim ki, yerli istehsal olunan maskalara loqo vurulmalıdır. Ona görə ki, əhali yerli malı tanıya bilsin. Vətəndaşlar yerli istehsala üstünlük versinlər. Əgər yeli məhsula loqo vurub tanıdarlarsa, AİB insanlar arasında yerli maskalara üstünlük vermələri üçün təbliğat aparar. Çünki yerli maskalar tam nəzarət altında və standartlara uyğun hazırlanır. Təəssüf ki, xaricdən də çoxlu maska gətirilir və yerli malla qarışdırılır. Bu da bəzən əhalidə elə fikir yaradır ki, yerli maskalar keyfiyyətli olmur. Əslində, belə deyil".
E.Hüseynov deyib ki, maskaları ölkəyə gətirən, onu qəbul edən şəxslər standartlara uyğunluğunu yoxlamalıdır. Onun sözlərinə görə, Azərbaycan kimi isti bir şəraitdə maskaların keçiricilik qabiliyyətinə fikir verilməlidir: "Məndə olan məlumata görə, standarta uyğun olan maskalar üçqat olmalıdır. Təəssüf ki, ölkədə keyfiyyətsiz maskalar var. Bu keyfiyyətsizlik təkcə iplərinin qırılması ilə xarakterizə olunmur. Bəzi maskaları taxdıqda qoxu vurur ki, bu da maskanın keyfiyyətsizliyindən xəbər verir. Üstəlik, regionlarda maskaların əldə satılması ilə bağlı da bizə məlumatlar gəlir. İstehlakçılar təsadüfi yerlərdən, necə gəldi maska almamalıdırlar. Apteklərdən almalıdırlar. İstehlakçının məhsulun sertifikatını tələb etmək hüququ var. Bütün hallarda yerli maskalara üstünlük vermək daha yaxşı olar".

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb