veten informasiya agentliyi

Azərbaycanda koronavirus şiddətləndi: Həkimlər ağlayaraq əhaliyə MÜRACİƏT ETDİ / VİDEO

Tarix:24-06-2020, 11:41
Baxış Sayı:274

Azərbaycanda koronavirus şiddətləndi: Həkimlər ağlayaraq əhaliyə MÜRACİƏT ETDİ / VİDEO

“Bu, bizim ən pis günümüzdür. Bundan pis gün yaşamamışıq”.

Apa xəbər verir ki, burada gücü tükənən, həyatın ölüm adlı həqiqəti ilə mübarizə aparan tək xəstələr deyil, həm də ağ xalatlı həkimlərdir: “Biz özümüz də bilmirik kimlə mübarizə aparırıq. Kəsilmiş damar deyil ki, bağlayasan, sınıq deyil ki, gips qoyasan. Bilmirik xəstənin üstünə gedəndə nə edəcəyik”.

Bu insanların eynək arxasından çox çətinliklə sezilən bir cüt gözlərinə baxdıqca, orada çağlayan ümidi, sevinci, qəmi - yaşadığı bütün hissləri gördükdən sonra tam anlamı ilə dərk edirsən və başa düşürsən ki, "görünməyən" qəhrəmanlar hansı çətin vəziyyətlərlə üz-üzə dayanıb: “Biz dözə bilmirik, cavan-cavan adamlar gözlərimiz önündə dünyasını dəyişir”.
İnfeksiyanın yenicə yayıldığı zamanlarda xarici ölkələrdə çalışan həkimlərin göz yaşlarına sosial şəbəkələrdə rastlaşdıqca, bəşər aləminin bu ağır imtahanına üzülürdük. Və onu da dərk edirdik ki, bu dəfə ellə gələn bəla toy-bayram olmayacaq.
Dünyanı bürüyən bu acı bəlanı çox gözləmək lazım gəlmədi. Dövlət olaraq qəfil yaxalansaq da, qısa müddətdə bütün imkanlarımızı səfərbər edə bildik. Qonşularımızda tüğyan edən gözəgörünməz düşmənin gəlişini gözləmədən hər cür hazırlıq tədbirləri görüldü. Lakin nə fayda? COVİD-19 görünməzliyindən aldığı gücü ilə özünü göstərirdi. Evdə qalan, ailəsini və yaxınlarını düşünən, tələb və tövsiyələrə əməl edən insanların sayəsində infeksiyanı dəf etməyə hazırlaşırdıq ki, yenidən artan gündəlik yoluxma faktları vəziyyətin heç də sadə olmadığını göstərdi.
Bəli, “koronavirus boş şeydir” deyən insanlar uzun müddətdir öz övladlarından uzaq düşən ananın bu qədər stress içində keçirdiyi hisslərdən əlbəttə ki, xəbərsizdir. Alınlarının təri göz yaşlarına qarışan bu həkimlər isə ölümün bu qədər çətin və amansız olacağına tab gətirə bilmirlər. Onların, sadəcə, bir arzusu var: mübarizədən alnı açıq çıxmaq.
Bu həkimlərin gözləri o vaxt güləcək ki, onlar döyüş meydanından qalib ayrılacaqlar. Neçə illərdir andlarına sadiq qalan, şəfa verdikləri xəstələri öz doğmaları sayan bu insanlar indi ölümün gözünə dik baxırlar. "Koronavirus yoxdur. Bu, sadəcə, bir oyundur" demək bəlkə də onlar üçün o zaman asan olardı ki, savaşın iştirakçısı yox, izləyicisi olsunlar.
Gecəsini gündüzünə qatan, qoruyucu geyimdə nə az-nə çox - düz 8 saat yemək yemədən, su içmədən mübarizə aparan tibb işçiləri insanlardan özlərini qorumağı xahiş edirlər.
Hər gün reanimasiyada ağır xəstələrlə çalışan, özü də COVİD-19 a yoluxaraq sağalan Kəmalə həkim APA TV vasitəsilə digər həmkarlarına səslənir, onların köməyinə ehtiyacları olduğunu bildirir: “Mən özüm də COVİD-19-a yoluxdum. Xəstə ola-ola insanlara yardım edirdim. İxtisaslı reanimatoloq həkimlərə ehtiyacımız var. Gücümüz tükənib. Həkimlərdən xahiş edirik ki, bizə kömək etsinlər”.
Bu kadrlar “Yeni Klinika”da keçirdiyimiz bir saat ərzində gözlərimiz önündə canlanan hadisələrin sadəcə kiçik bir hissəsidir. Çalışdıq ki, görünməyən qəhrəmanların yaşadıqlarını və arzularını bir neçə kadrlıq da olsa, sizin gözləriniz önündə canlandıraq. Burada qalib olmaq üçün həkimlərin, sadəcə, bir ümidi və gözləntisi var: insanlar özlərini qoruyacaq və nəticədə bütün palatalar boş qalacaq, onlar da bu havasız geyimlərdən azad olub, sağlam və alnıaçıq şəkildə öz doğmalarına qovuşacaqlar.

Azərbaycan həkimlərinə dərin hörmətlə...

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib