veten informasiya agentliyi

Azərbaycanda əhalinin 57.6 faizi koronavirusun ikinci dalğasından qorxur - SORĞU

Tarix:19-06-2020, 12:05
Baxış Sayı:243

Azərbaycanda əhalinin 57.6 faizi koronavirusun ikinci dalğasından qorxur - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan insanının qorxu indeksini öyrənmək üçün respondentlər arasında sorğu keçirib və tədqiqat əsasında insanların müxtəlif qorxuları öyrənilib.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətindən verilən məlumata görə, qorxu məfhumu bir çox respondentlər üçün hadisənin baş vermə ehtimalı ilə eynidir.

Belə ki, bəzi respondentlər üçün qorxu baş verəcək hadisənin fəsadlarını düşünməkdən yaranır. Bəziləri üçün isə hadisənin baş vermə ehtimalının az və ya çox olmasından asılı olaraq, qorxu hissi dəyişir.

Sorğuda Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Qarabağ, Mərkəzi Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə etməklə, 1212 respondentin rəyini öyrənib. Naxçıvan Muxtar Respublikası və işğal altında olan regionlar sorğuda əhatə olunmayıb.

“Qorxu İndeksi”nin icmalında qeyd olunur ki, anketdə soruşulan sual tiplərinin eyni olması yekunun qarşılıqlı müqayisəsinə imkan verdiyindən, nəticələrin ifadəsində orta ədəddən istifadə edilib. Orta ədəd dəyəri bir və beş arası olub, daha yüksək ədəd daha çox qorxunu bildirir.

İndeksin hazırlanmasında sosial-demoqrafik nəticələrin təhlilinə görə, respondentlərin 51,9%-i kişi, 48.1%-i qadınlardan ibarət olub.

Əhalinin qorxularını məzmuna görə qruplaşdırsaq, soruşulan suallar vətəndaşın sağlamlığı, maddi vəziyyəti, gözlənilməz bədbəxt hadisəyə məruz qalmaq və digər məsələlərlə bağlı olub.

Ən geniş yayılmış iki qorxu mövcuddur - ailə üzvlərinin xəstələnməsi və keyfiyyətsiz ərzaqların istehlakı nəticəsində sağlamlıqlarına dəyə biləcək ziyana görə mövcud olan qorxu. Hər iki hadisədən əhalinin 70%-dən çoxu bu və ya digər dərəcədə qorxur. Respondentlər ailə üzvlərinin xəstələnməsindən (72%) daha çox qorxur, nəinki özlərinin xəstələnməsindən (46%).

Bu nəticəni belə izah edə bilərik ki, sorğuda əsasən gənclər və orta yaş qrupuna aid insanlar iştirak edib və böyük ehtimalla ailələrində daha yaşlı insanların olması respondentlərdə ailə üzvlərinin xəstələnməyinə dair qorxunun mövcudluğuna səbəbdir. Maraqlıdır ki, daha aşağı yaşlı insanlar özünün xəstələnməyindən daha çox qorxurlar (F(5)=3.47, p<0.01). Başqa sözlə, yaşlı insanlar xəstələnməkdən daha az qorxur. Qadınların xəstələnməklə bağlı qorxu səviyyəsi kişilərə nisbətdə daha yüksəkdir (t(1191)=4.634, p<0.01, orta ədəd dəyərləri - 2.38 - qadın və 2.05 - kişi).

Diqqət çəkən məqam odur ki, respondentlərin yarısı (51.6%) COVID-19-a yoluxmaqdan heç qorxmur. Müqayisə üçün deyək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2020-ci ilin mart ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, əhalinin 44.9%-i COVID-19-a yoluxmaqdan heç qorxmadığı halda, 27.5%-nin qorxu dərəcəsi az olub.

Beləliklə, qorxmayanların səviyyəsində müəyyən artımın olduğunu müşahidə edə bilərik. Lakin çox qorxanların göstəricisində 10% azalma baş verib. Demoqrafik göstəricilərdən yalnız gender amili COVID-19-a yoluxmaq qorxusu ilə korrelyasiya təşkil edir. Belə ki, qadınların qorxu səviyyəsi kişilərə nisbətdə daha yüksəkdir ((t(1193)=3.226, p<0.01, orta ədəd dəyərləri - 2.14 - qadın və 1.92 - kişi). Qorxunun azalmasının əsas səbəbi mövcud şəraitə alışmaqdır.
COVID-19 pandemiyasına yoluxmaqdan qorxanlarla yanaşı, pandemiyanın ikinci dalğasının baş verə biləcəyindən qorxanlar da o qədər çox deyil.

Belə ki, pandemiyanın ikinci dalğasından çox qorxanlarla, heç qorxmayanların faiz nisbəti bərabərdir (müvafiq olaraq “çox qorxuram” deyənlər 35.2%, “heç qorxmuram” deyənlər 35.3%). Ümumilikdə, respondentlərin 57.6%-i ikinci dalğanın baş verməsindən qorxduğu halda, 38.5%-i qorxmur.

STM digər qorxular sırasında qəzaya düşmək və cinayət xarakterli təhdidlərə məruz qalmaq qorxusu, cinayət xarakterli təhdidlərdən qorxu, təbiət hadisələrinin baş verməsindən qorxu kimi tendensiyalarını da araşdırıb.

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib