veten informasiya agentliyi

Deputat Milli Məclisdə Bakıdakı bu qəsəbənin ən ciddi problemini qaldırdı

Tarix:19-06-2020, 11:11
Baxış Sayı:581

Deputat Milli Məclisdə Bakıdakı bu qəsəbənin ən ciddi problemini qaldırdı
"Yeni Günəşli yaşayış sahəsinin adı gələndə Sovetlər döründə gənc mütəxəssislərin növbə ilə aldıqları mənzillər, yaxud öz vəsaitləri hesabına tikdirdikləri Mənzil Tikinti Kooperativləri göz önünə gəlir. Seçildiyim 31 saylı Suraxanı 2-ci Seçki dairəsinə daxil olan Yeni Günəşli yaşayış sahəsində 35 Mənzil Tikinti Kooperativi (MTK) binası var ki, bunlardan 31 bina "D" massivinin payına düşür. Təəssüf hissi ilə vurğulamaq istəyirəm ki, minlərlə insanın yaşadığı D massivində bir dənə də olsun uşaq bağçası yoxdur. Bu çox ciddi problemdir. Valideynlər uşaqlarını digər massivlərdə fəaliyyət göstərən uşaq bağçalarına aparmaq məcburiyyətində qalırlar. Digər tərəfdən, sözügedən D yaşayış massivində sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi, uşaqların əylənməsi üçün park yoxdur. Daha dogrusu "D" parkı deyilən bir park var. Amma bura park demək mümkünsə. Bu park baxımsızlıqdan bərbad vəziyyətə düşüb".

Avropa.info xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Etibar Əliyev deyib.

Deputat qiqqətə çatdırıb ki, Azərbaycan SSR-nin 08.07.1982-ci il tarixli Mənzil Məcəlləsi qanununa əsasən inşa edilmiş Yeni Günəşli yaşayış sahəsi "AB" və "D" yaşayış ünvanında yerləşən Mənzil Tikinti Kooperativləri çoxmənzilli yaşayış binalarının istismar və idarə olunmasında çətinliklər mövcuddur:

"Belə ki, sözügedən binaların istismar və idarə olunması ölkə qanunları ilə ziddiyyət təşkil edir. 30.06.2009-cu ildə yeni Mənzil Məcəlləsi təsdiq edilmişdir. Bununla da 1982-ci ildə qəbul edilmiş Məcəllə qüvvədən düşüb.

01.10.2009-cu ildən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin V bölmə XI fəsli MTK-ların təşkili və fəaliyyəti ilə bağlıdır. Məcəllənin 109-cu maddəsinin 5-ci bəndində deyilir:

- Kooperativ binanın tikintisi və ya yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.

E.Əliyevin sözlərinə görə, qəbul edilmiş qanunlar Azərbaycan SSR-nin dövründə inşa edilmiş MTK binalarına şamil edilmir:

"Bu səbəbdən də hazırda həmin MTK-lar nizamnamə və əsasnaməsiz fəaliyyət göstərirlər. 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsində köhnə MTK-larla bağlı maddələrin olmaması bu sahədə boşluqların yaranmasına gətirib çıxarır. Qeyd olunan MTK-lar qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair proqramlardan və yerli tədbirlər proqramından kənarda qalır. Qəsəbənin yarısı dövlət büdcəsi hesabına abadlaşır, MTK-ların binaları isə baxımsız qalır.

Bunları nəzərə alıb təklif edirəm ki, Azərbaycan Respublikası Prezidentinin 1531 nömrəli 14.07.2017-ci il tarixli fərmanına, 310 nömrəli 18.10.2018-ci il tarixli fərmanına 1395VDQ 18.12.2018-ci il tarixli fərmanına uyğun təlimat hazırlanması, 1982-ci ilin Mənzil Məcəlləsinə əsasən tikilmiş MTK binalarının ləğv edilib Mənzil Mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi üçün hüquqi prosedurların və xususi təlimatların hazırlanması üçün əlaqədar dövlət qurumları tədbirlər görməlidirlər".

Deputat həmçinin Yeni Günəşli yaşayış sahəsində yaşayan əhalinin sıxlığını və çoxluğunu nəzərə alıb sahəyə qəsəbə statusunun verilməsini təklif edib.

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər