veten informasiya agentliyi

Qızdırması 37 olanlar koronavirus testindən keçməlidirmi? - RƏSMİ CAVAB

Tarix:17-06-2020, 14:23
Baxış Sayı:555

Qızdırması 37 olanlar koronavirus testindən keçməlidirmi? - RƏSMİ CAVAB
"Hər bir tənəffüsündə problemi olan və ya temperaturu olana koronavirus demək düzgün deyil".

Metbuat.az xəbər verir ki, bunu açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

O əlavə edib ki, son zamanlar bu istiqamətdə 103 Təcili Tibbi Yardım xidmətinə zənglərin sayı həddən artıq çoxalıb: "Zəng edirlər ki, 37.1 temperaturum var. Koronavirus testindən keçimmi? İş yerindən məcbur edirlər. Bu əslində yol verilməzdir. 37.1.2 temperatur deyil.

Əgər heç bir əlavə simptomlar yoxdursa, öskürək, əzələ ağrıları, ciddi halsızlıq, təngənəfəslik yoxdursa, koronavirus testindən keçməyə ehtiyac yoxdur. Əgər bu simptomlar varsa, ona görə koronavirus testindən keçmək olar.

Lakin yalnız 37.1 qızdırmaya görə testdən keçmək düzgün deyil. Onda gərək 10 milyon əhali hər gün gedib testdən keçsin. Çünki temperatur gün ərzində səhər 37.1.2-yə qalxır, sonra axşamlar düşür".(Baku.ws)

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR
Musa Yaqub dünyəvi şairdir - FOTOLAR
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
Taksilərin ən bahalı olduğu şəhərlər
Taksilərin ən bahalı olduğu şəhərlər
Bu gün yağış yağacaq - PROQNOZ
Bu gün yağış yağacaq - PROQNOZ
"Qiyamət günü balığı" sahilə çıxdı - Planetimiz dəhşətli fəlakətlə üzləşəcək?
"Qiyamət günü balığı" sahilə çıxdı - Planetimiz dəhşətli fəlakətlə üzləşəcək?
İrandan Yaxın Şərq ölkələrinə ultimatum - Zərbələr endiriləcək
İrandan Yaxın Şərq ölkələrinə ultimatum - Zərbələr endiriləcək
Qızıl bazarında son vəziyyət
Qızıl bazarında son vəziyyət
Moskvaya doğru uçan 155 PUA vuruldu
Moskvaya doğru uçan 155 PUA vuruldu