veten informasiya agentliyi

ABŞ koronavirusa qarşı mübarizədə SSRİ təcrübəsinə müraciət edir

Tarix:13-06-2020, 06:08
Baxış Sayı:621

ABŞ koronavirusa qarşı mübarizədə SSRİ təcrübəsinə müraciət edir


ABŞ-da SARS-CoV-2 ilə mübarizə üçün bəzi ölkələrdə, o cümədən SSRİ-də aktiv istifadə olunmuş vərəm və poliomielit əleyhinə peyvəndlər sınaqdan keçirilir.

“Washington Post” xəbər verir ki, Texasın A&M Universitetinin professoru Cefri Sirilo bunun dünyada COVID-19-la mübarizə aparmaq üçün yeganə peyvənd olduğunu deyib.

Qeyd olunur ki, belə bir peyvənd birbaşa SARS-CoV-2-yə qarşı yönəldilmir, lakin COVID-19-dan ölümü azalda bilər. Hal-hazırda 1 800 nəfərdən 450-si Texasda vaksinləşdirilib.

Məlumatda əhalisinin vərəm əleyhinə aktiv şəkildə peyvənd edildiyi Pakistanda bu cür vaksinlərin çox az edildiyi ABŞ-la müqayisədə koronavirus infeksiyasından ölüm nisbətinin daha aşağı olduğuna diqqət çəkilir.

1960-1970-ci illərdə SSRİ-də valideynlərin övladlarına hər payız oral poliomielit peyvəndi vermələri onların qripdən yüksək formada qorunmasına təsir edib.

Bununla yanaşı, qeyd olunur ki, əhalisinin sözügedən peyvəndi fəal istifadə etdiyi Braziliya və İsraildə COVID-19-dən ölüm nisbəti qlobal səviyyədən aşağı deyil.

Xatırladaq ki, aprel ayında Ümumdünya Səhiyyə Təşkilatı bu peyvəndin koronavirusa qarşı təsiri barədə heç bir sübutun olmadığını bəyan etmişdi.

Mart ayında isə ABŞ-dan olan epidemioloqlar vərəm əleyhinə peyvəndlə koronavirusa yoluxma hallarının azalması arasında əlaqə tapdıqlarını bildirmişdilər.

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı