veten informasiya agentliyi

Ən yaxşı siyasətçilər narsislərdir? - ARAŞDIRMA

Tarix:11-06-2020, 16:09
Baxış Sayı:549

Ən yaxşı siyasətçilər narsislərdir? - ARAŞDIRMA


Narsissizm siyasi proseslərə qatılmağa təkan verir.

“Report” Almaniyanın “Süddeutsche Zeitung” nəşrinə istinadən xəbər verir ki, bu qənaətə Kopenhagen Biznes Məktəbi və Pensilvaniya Universitetinin alimləri gəliblər.

Belə ki, alimlərin araşdırmasına görə, özünübəyənmişlik tendensiyası siyasi proseslərdə, yəni diskussiya, petitisiya, nümayiş və digər iştirak formalarında aktivliyə stimul verir.

Nəşrin yazdığına görə, tədqiqatçılar ABŞ və Danimarkada toplanmış 5 min nəfərin reprezentativ məlumatlarını incələyiblər. Respondentlərə adi suallarla yanaşı, onların siyasi qərarvermə prosesində necə iştirak etdiklərinə dair sorğular da verilib. Araşdırmaçılar respondentlərdən həmçinin narsissizm anketini doldurmağını da istəyib.

Məlumata görə, NPI-40 testində (narsissizm testi) yüksək göstəricilərə malik iştirakçılar siyasi proseslərdə daha aktivdirlər. Belə ki, onlar deputatlarla təmasda olur, mütəmadi petitisiyalara qoşulur, siyasi amaclar üçün ianələr edir və həm onlayn, həm də canlı müzakirələrə qatılırlar.

Beləliklə, araşdırmanın sonucuna görə, özünün müstəsnalığı hissi və özünü digərlərindən üstüngörmə heç də həmişə pis sonuclara gətirib çıxarmır. Çünki demokratiya vətəndaşların evdə susqun oturduqlarına görə yox, məhz siyasi həyatda iştiraklarına görə mövcuddur.

Ancaq bununla belə, əgər siyasi qərarlara yalnız özünübəyənmiş şəxslər təsir edəcəksə, skeptiklər isə susacaqsa, ictimai vəziyyət bundan, sözsüz ki, zərər görəcək. Çünki klassik narsis, ilk növbədə, özünü düşünür.

Qazın qiyməti UCUZLAŞDI
Qazın qiyməti UCUZLAŞDI
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
İranlı futbolçulara ABŞ vizası verilib
İranlı futbolçulara ABŞ vizası verilib
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Trampdan İrana sərt mesaj
Trampdan İrana sərt mesaj
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?