veten informasiya agentliyi

İlham Əliyev Sumqayıta altı milyon manat ayırdı - SƏRƏNCAM

Tarix:2-06-2020, 08:06
Baxış Sayı:529

İlham Əliyev Sumqayıta altı milyon manat ayırdı - SƏRƏNCAM
Prezident İlham Əliyev Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə altı milyon manat ayrılıb.


Sərəncam Sumqayıt şəhərində ən müasir və qabaqcıl texnologiyaların imkanlarından istifadə etməklə enerjiyə qənaətə imkan verən və enerji səmərəliliyini artıran, fasiləsiz işıqlandırmanı təmin edən müasir işıqlandırma sistemlərinin quraşdırılması məqsədilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında regionların davamlı inkişafı ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illərdə uğurla həyata keçirilən dövlət proqramlarının icrası nəticəsində paytaxtda və regionlarda, eləcə də Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət alıb.

Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də əhalinin elektrik enerjisi ilə təminatında, habelə küçə və prospektlərin işıqlandırılmasında idarəetmə, nəzarət, ölçmə və hesabatlılıq, habelə enerji sərfiyyatına və xidmət xərclərinə qənaət kimi üstünlükləri olan, işıqlandırma səviyyəsini proqramlaşdırmağa imkan verən və intellektual idarəetməyə əsaslanan işıqlandırma sistemlərinin quraşdırılması diqqət mərkəzində saxlanılacaq aktual məsələlərdəndir. Yeni və müasir işıqlandırma sistemləri funksionallığı ilə yanaşı, şəhərin estetik görünüşünü də dəyişərək onun simasını müasir çalarlarla daha da zənginləşdirir.[justify][/justify]

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?