veten informasiya agentliyi

İcra başçısı və millət vəkilinin ismayıllılara müraciəti: Sağlamlığımızı məsuliyyətimizlə qoruyaq!

Tarix:26-05-2020, 18:19
Baxış Sayı:458

İcra başçısı və millət vəkilinin ismayıllılara müraciəti: Sağlamlığımızı məsuliyyətimizlə qoruyaq!

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruz Aslanın koronavirus pandemiyasına qarşı mübarizədə daha məsuliyyətli olmaq məqsədi ilə İsmayıllı ictimaiyyətinə müraciəti:


Əziz ismayıllılar, xanımlar və cənablar!

Son günlər ölkəmizdə, eləcə də İsmayıllıda COVID-19 virusuna yoluxma hallarının artması müşahidə olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə xüsusi karantin rejiminin yumşaldılması ictimaiyyət üzərində fərdi məsuliyyəti bir qədər də artırmış olur. Bir çox sahədə fəaliyyətin bərpa olunması və məhdudiyyətlərin azaldılması pandemiya təhlükəsinin aradan qaldırılması anlamına gəlməməlidir. Unutmayaq ki, hazırda karantin rejiminin zərurətdən irəli gələn yumşaldılmış mühitindəyik və bu, sosial məsuliyyət qaydalarına fərdi yanaşmaların bir qədər də təkmilləşdirilməsini zəruri edir.

Ölkə rəhbərliyinin koronavirusa qarşı mübarizə tədbirlərinə məsuliyyətlə yanaşılması, o cümlədən sosial izolyasiya şərtlərinə əməl olunması və profilaktik təlimatların diqqətlə izlənilməsi daha vacib hala gəlib.

Odur ki, hər birinizi bu çətin sınaq günlərində daha məsuliyyətli olmağa və dövlətçiliyimizin ətrafında daha sıx birləşməyə çağırırıq! Zərurət olmadıqda evlərinizi tərk etməmək, əhalinin sıx toplaşdığı yerlərdə maska, əlcək, spirt və digər gigiyenik vasitələrdən istifadə etmək, Operativ Qərargahın, Dünya Səhiyyə Təşkilatının tələb və qaydalarına daha diqqətlə əməl etmək tövsiyə olunur.

Sağlamlığımızı məsuliyyətimizlə qoruyaq!

Hörmətlə,

Nahid Bağırov,
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı

Novruz Aslan,
Milli Məclisin deputatı,
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM