veten informasiya agentliyi

Qusarın icra başçısı qapıları bağlayıb... - ŞİKAYƏT

Tarix:26-04-2017, 13:33
Baxış Sayı:547

Qusarın icra başçısı qapıları bağlayıb... - ŞİKAYƏT
















Redaksiyamıza müraciət edən bir qrup Qusar rayon sakini iddia edir ki, onlar neçə müddətdir icra başçısı Şair Alxasovun qəbuluna düşə bilmirlər. DİA.AZ-a daxil olan müraciəti təqdim edirik:

"İcra başçısı ilə görşümək 2 aydır mümkün olmur. Qapılarını bağlayıb, kimsəni qəbul etmir. Yerdə qalanlar isə bütün problemlərin həlli üçün başçının sözünün əsas olduğunu deyirlər. Başçı isə qapıları bağlayıb, içəridə oturur. Bilmirik dərdimizi kimə söyləyək".

Daha sonra dia.az-a yazan müraciət müəllifləri bildirirlər ki, əgər bu həftə də başçının qəbul günü Şair Alxasov onlardan qaçacaqsa, onlar da dərdlərini demək üçün Bakıya üz tutacaqlar.

Dia.az xatırladır ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. İcra Hakimiyyətinin Başçısı vəzifəsində 18.12.2007-ci il tarixindən çalışır. Ailəlidir, 1 oğlu, 2 qızı vardır.

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
“Veysəloğlu”  “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər  37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
A ç ı q l a m a
A ç ı q l a m a
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
Elm və təhsil naziri Xocalıda məktəb açılışında