veten informasiya agentliyi

ADPU-nun Quba filialında onlayn "Ustad dərsləri"

Tarix:11-05-2020, 15:09
Baxış Sayı:653


ADPU-nun Quba filialında onlayn "Ustad dərsləri"

ADPU-nun Quba Filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar olaraq onlayn "Ustad dərsləri" adlı yeni layihəyə start verilib.

Direktor dosent Yusif Alıyevin təşəbbüsü ilə "Ustad dərsləri" layihəsi çərçivəsində mayın 9-da Millət vəkili, Milli Məclisin Ekologiya və təbii ehtiyatlar Komitəsinin sədri Sadiq Qurbanovla filialın tələbə və əməkdaşlarının görüşü keçirilib.
Onlayn görüş iştirakçılarını salamlayan filialın direktoru dosent Yusif Alıyev millət vəkili Sadiq Qurbanova təklifi qəbul etdiyinə görə təşəkkür edərək ona son zamanlarda filialda görülən işlər haqqında və "Ustad dərsləri" layihəsi haqqında məlumat verdi. O qeyd etdi ki, gənc nəslin təlim-tərbiyəsində, sağlam ideyalar əsasında formalaşmasında Heydər Əliyev irsinin öyrənilməsinə, təhlil edilməsinə böyük ehtiyac var. Bunun üçün də filial rəhbərliyi onlayn "Ustad dərsləri" layihəsinə start verərək ölkənin tanınmış ictimai-siyasi xadimləri ilə filialın tələbə və gənc əməkdaşlarının silsilə görüşlərini təşkil etməyi planlaşdırmışdır.
Onlayn görüşdən məmnunluğunu ifadə edən millət vəkili Sadiq Qurbanov "Ulu öndər Heydər Əliyev şəxsiyyətində Vətənə sədaqət prinsipləri" adlı nümunəvi mühazirə deyib. O, dinləyicilərə ümummilli liderin həyat və fəaliyyəti, azərbaycançılıq ideologiyası, qadın, gənclər siyasəti, Heydər Əliyev ideya nəzəri irsinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi və bu kimi müxtəlif mövzularda ətraflı məlumatlar verərək ulu öndərin Vətənə sədaqət prinsiplərinin dərinliyini açıqlayıb.
Sonda tələbə-gənclərin Ulu öndərlə bağlı çoxsaylı suallarını maraqlı arqumentlərlə cavablandıran millət vəkili bu cür görüşlərin mütəmadi keçirilməsinin gənclər üçün önəmini qeyd edərək, görüşə görə filial rəhbərliyinə və təşkilatçılara təşəkkür və minnətdalığını bildirdi.

ADPU-nun Quba filialında onlayn "Ustad dərsləri"

NOVRUZ ASLANOV ZİYALILIĞI
NOVRUZ ASLANOV ZİYALILIĞI
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış