veten informasiya agentliyi

Azərbaycanda şənbə və bazar günləri çölə çıxma qadağası qoyulur? - AÇIQLAMA

Tarix:11-05-2020, 08:53
Baxış Sayı:548

Azərbaycanda şənbə və bazar günləri çölə çıxma qadağası qoyulur? - AÇIQLAMA



Azərbaycanda son iki gündə koronavirusa yoluxanların sayı artıb. Əgər ölkə ərazisində koronavirusa yoluxanların sayında bu temp yenə də müşahidə edilsə, şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bu barədə qərarları Operativ Qərargah verir:

"Biz sadəcə tövsiyyə edirik ki, insanlarımız sosial izolyasiya qaydalarına riyaət edərək, maska və əlcəklərdən istifadə etsinlər.
Ehtiyac olmadığı təqdirdə evdən çölə çıxmasınlar. Operativ Qərargah birgə müzakirə edərək, iqtisadi, psixoloji sosial və dünyada gedən proselər üzrə bütün parametrləri nəzərdən keçirdikdən sonra qərarlar qəbul edirlər. Bizim hər birimizin bir fikir səsləndirməyimiz insanları çaşdıra bilər.
Çünki karantin rejimi müharibə şəraiti ilə bir tutulan vəziyyətdir. Belə halda da hər şey bir mərkəzdən idarə olunmalıdır. Onlar nə qərar verərsə bizim borcumuz o qərarları icra etməkdir. Amma dünyada bu proses dalğavari gedir. Bu proses azalma və çoxalma ilə davam edəcək.
Bu bizi qorxutmamalıdır. Çünki hər şey dövlətin nəzarəti altındadır. Dövlətimiz bu bəla ilə uğurlu mübarizə aparır. Əlbəttə, bu vətəndaşlarımızı məsuliyyət hissindən daşındırmamalıdır. Koronavirusla dövlətlə birlikdə vətəndaşda mübarizə aparmalıdır. Əgər vətəndaşlarımız məsuliyyətsiz olarsa vəziyyət çətinləşə bilər. Vətəndaşlarımız Operativ Qərargahın qərarlarına əməl etməlidir. Ehtityac olmadıqda şənbə bazar çölə çıxmamalıdır. Əgər vətəndaşlarımız Operativ Qərargahın tövsiyyələrinə riayət etməzlərsə karantin rejim yenidən sərtləşə bilər. Koronavirusla yoluxma hələ Azərbaycanda pik həddə çatmayıb.
Ola bilsin ki, heç çatmasın. Əsas odur ki, bu gün yoluxanların sayı ilə klinikaların imkanları düz mütanasibdir. Əlavə olaraq yeni tipli modul klinikalarımız da açılır. Tibbi potensialımız imkan verəcək ki, yoluxanlar artarsa lazımı tədbirlər görüləcək. Əlbəttə bu məsələdə vətəndaşlarımızın karantin rejiminin şərtlərini əməl etməsindən çox şey asılıdır".(sonxeber.az)

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər