veten informasiya agentliyi

Pirallahı rayonunda koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir

Tarix:17-04-2020, 11:34
Baxış Sayı:736

Pirallahı rayonunda koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir


Pirallahı rayonunda yaşlı insanlara və aztəminatlı ailələrə ərzaq yardımları paylanıldı

Pirallahı rayonunda koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir


Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Pirallahı rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Pirallahı rayonunda pandemiyanın yayılma təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tərtib olunmuş qrafikə əsasən bütün küçələr, magistral və məhəllədaxili yollar, çoxmənzilli yaşayış binaları, həyət evləri, eləcə də məcburi köçkünlərin məskunlaşdığı 300 nəfərlik Yeni Yaşayış Kompleksi, bundan əlavə inzibati binalar, rayon ərazisində yerləşən bütün uşaq bağçaları və məktəblər mütəmadi olaraq dezinfeksiya olunur. Qeyd edək ki, dezinfeksiya işlərinin fasiləsiz həyata keçirilməsi üçün rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə canlı qüvvə və lazımi texnika cəlb olunmuşdur.
Pirallahı rayonunda dezinfeksiya işləri ilə yanaşı, əhali arasında təhlükəli infeksiyadan qorunmaqla bağlı təbliğat-izahat işləri də aparılır. Vətəndaşlara karantin qaydalarına ciddi riayət edilməsinin və xüsusi ehtiyac yaranmadığı halda evdə qalmanın vacibliyi barəsində geniş məlumat verilir.
Koronavirusla mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə xüsusilə 65 yaşdan yuxarı ahıl, kimsəsiz ailələrə, imtiyazlı ailələrə diqqət artırılır. RİH tərəfindən yaşı 65 və ondan yuxarı olan şəxslərin evdən çıxmasına qoyulan qadağa nəzərə alınaraq 6 ədəd mobil qrup yaradılmışdır. Qrup üzvləri hər gün tənha yaşayan 65 yaşdan yuxarı insanlarla əlaqə saxlayaraq, onların ehtiyaclarını öyrənir və qrupların işinə cəlb olunmuş 15 nəfər könüllü vasitəsilə onların ərzaq, dərman və digər ehtiyaclarının ödənməsində köməklik göstərirlər.
Rayonda aztəminatlı, tənha, ahıl insanlar da daim diqqət mərkəzində saxlanılır. Xüsusi komissiyanın araşdırmaları nəticəsində rayon ərazisində bu qəbildən olan insanların sayının 700-ə nəfərə yaxın olduğu müəyyən edilmişdir. Bu günədək Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 450 aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha və kimsəsiz insanlara ərzaq və maddi yardımlar göstərilib. Qeyd edək ki, bütün respublika ərazisində hər zaman imkansız ailələrə xüsusi diqqət ayıran Heydər Əliyev fondu bu gün də Pirallahı rayonunda 100 ailəni maddi yardım və xüsusi qoruyucu maskalarla təmin etdi. Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha əvvəldə göstərilən yardımların davamı olaraq 42 ailəyə maddi yardımlar göstərilir. Ümumilikdə, bu günədək 592 ailəyə maddi və humanitar yardımlar göstərilmişdir.
Əhaliyə göstərilən bu diqqət və qayğıya görə rayon əhalisi ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev fondunun prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnərdarlığını bildirdi.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə fiziki və hüquqi şəxslər tərəfindən rayon əhalisinə göstərilən yardım kampaniyaları bundan sonra da davam etdiriləcək.

Pirallahı rayonunda koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir
Pirallahı rayonunda koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir


Pirallahı rayonunda koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir


Pirallahı rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əsasən koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri mütəmadi olaraq davam etdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür.
Belə ki, rayonda genişmiqyaslı dezinfeksiya işləri fasiləsiz olaraq davam etdirilir. Dezinfeksiyaedici məhlullarla gün ərzində iki dəfə olmaqla rayonun magistral və məhəllədaxili yolları, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış obyektləri, həyətlər, fərdi yaşayış evləri mütəmadi olaraq dezinfeksiya olunur. Bu işlərin həyata keçirilməsi üçün Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə 60-dan çox canlı qüvvə cəlb olunmuşdur. Dezinfeksiya işlərinə cəlb olunmuş işçilərin hər biri lazımi püskürücü texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilib. Onlara texnika və ləvazimatlardan istifadə qaydaları izah olunub. Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.
Rayon ərazisində koronavirus pandemiyasının qarşısının alınması məqsədilə görülən maarifləndirmə tədbirlərinə baxmayaraq xüsusi karantin rejiminin tələblərini pozan şəxslər də olur ki, onlar barəsində Rayon Polis Şöbəsi tərəfindən tədbirlər davam etdirilir. Xəbərdarlıq olunmaqla yanaşı, onlardan bəziləri cərimə edilir, həmçinin inzibati məsuliyyətə cəlb olunurlar. RPŞ tərəfindən bundan sonra da xüsusi karantin rejimin tələblərini pozan şəxslər barəsində qanuni tədbirlər davam etdiriləcək.
Bunlarla yanaşı RİH tərəfindən rayon ərazisində məskunlaşan 65 və yuxarı yaş həddində olan və tənha yaşayan şəxslərin qeydiyyatı aparılmış, onların evlərindən çıxmalarının qarşısının alınması məqsədilə 6 operativ qrup yaradılmışdır. Qrup üzvləri hər gün tənha yaşayan 65 yaşdan yuxarı insanlarla telefon əlaqəsi saxlayaraq, onların ehtiyaclarını öyrənir və qrupların işinə cəlb olunmuş 15 nəfər könüllü vasitəsilə onların ərzaq, dərman və digər ehtiyaclarının ödənməsində köməklik göstərirlər.
Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən xüsusi karantin rejimi dövrü ərzində rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində məskunlaşan 450-dən çox aztəminatlı ailəyə, tənha və ahıl insanlara ərzaq bağlamaları paylanılıb. Sosial yardımlar sakinlərə evlərində çatdırılıb. Qeyd edək ki, RİH tərəfindən aparılan qeydiyyata əsasən rayon ərazisində 80-ə yaxın yaşı 65-dən yuxarı olan şəxs və 500-ə yaxın aztəminatlı ailə müəyyən edilmişdir. Onlara göstərilən yardımlar vaxtaşırı olaraq davam etdiriləcək.
Aksiyadan yararlanan aztəminatlı Pirallahı rayon sakinləri koronavirus infeksiyasının dünyanı bürüdüyü bu çətin günlərdə onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Rayon ərazisində koronavirus pandemiyası ilə bağlı zərərçəkən işsiz şəxslər üçün nəzərdə tutulan yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin 427 nəfərə verilməsi nəzərdə tutulmuşdur ki, onlardan 62 nəfərinə artıq ödəmələr həyata keçirilmişdir.

Pirallahı rayonunda koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir
Pirallahı rayonunda koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir
Pirallahı rayonunda koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir


Koronavirusla mübarizə istiqamətində Pirallahı rayonunda işlər davam etdirilir

Pirallahı rayonunda koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir


Pirallahı rayonunda koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq sakinlər arasında maarifləndirici söhbətlər aparılır, dezinfeksiya işləri və karantin tədbirləri planlı şəkildə, ciddi nəzarət altında həyata keçirilir.
Rayon ərazisində aparılan müvafiq profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə hər gün idarə və müəssisələrin inzibati binalarında, ictimai yaşayış yerlərində, binaların giriş blokları və pilləkənlərində, ümumilikdə bütün ictimai yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. Küçələr gündə 2 dəfə olmaqla, gecə və səhər saatlarında xüsusi ayrılmış avtomobillərlə dezinfeksiya olunur. Qeyd edək ki, dezinfeksiya işlərinin fasiləsiz həyata keçirilməsi üçün 100-dən çox canlı qüvvə və lazımi avadanlıq ayrılmışdır.
RİH tərəfindən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, yaşı 65 və ondan yuxarı olan şəxslərin evdən çıxmasına qoyulan qadağa nəzərə alınaraq 6 ədəd mobil qrup yaradılmışdır. Qrup üzvləri hər gün tənha yaşayan 65 yaşdan yuxarı insanlarla əlaqə saxlayaraq, onların ehtiyaclarını öyrənir və qrupların işinə cəlb olunmuş 17 nəfər könüllü vasitəsilə onların ərzaq, dərman və digər ehtiyaclarının ödənməsində köməklik göstərirlər.
Bununla yanaşı Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış 8 mobil qrup əhali arasında maarifləndirmə - izahat işlərini davam etdirir. Rayonun bütün yaşayış məntəqələrində fəaliyyət göstərən mobil qruplar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini mütəmadi olaraq əhalinin diqqətinə çatdırır, onlara şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid şəraitinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaları barədə məlumatlar verirlər.
Ölkə ərazisində koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı mübarizə RPŞ tərəfindən də davam etdirilir. RPŞ-nin əməkdaşları mütəmadi olaraq səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verir, küçə və prospektlərdə gəzən insanlarla profikatiki söhbətlər apararaq, onların çölə çıxmamaları izah olunur və yaşadıqları ünvanlara qayıtmaları tövsiyyə olunur.
Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən 100-dən çox aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha sakinlərə humanitar yardım göstərilmişdir.
Hal –hazırda rayon ərazisində COVİD-19-la əlaqədar vəziyyət stabildir və nəzarət yüksək səviyyədə davam etdirilir.

Pirallahı rayonunda koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilirPirallahı rayonunda koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilirPirallahı rayonunda koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir

Biləsuvarda keçirilən ardıcıl əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisinə narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıb
Biləsuvarda keçirilən ardıcıl əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisinə narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıb
Axtarışda olan şəxs saxlanılıb
Axtarışda olan şəxs saxlanılıb
Oğurluq
Oğurluq
DİN HESABAT
DİN HESABAT
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-pulmonoloqu Günay Əliyeva: Bronxial astma zamanı mühüm aspektlərdən biri həkim nəzarətidir
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-pulmonoloqu Günay Əliyeva: Bronxial astma zamanı mühüm aspektlərdən biri həkim nəzarətidir
Uşaq travmatizminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Uşaq travmatizminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT