veten informasiya agentliyi

Şərəfli vəzifəyə yiyələnən Elçin Bilalov bu işin müqəddəsliyini qoruyub saxlayır

Tarix:7-04-2020, 11:43
Baxış Sayı:891

Şərəfli vəzifəyə yiyələnən Elçin Bilalov bu işin müqəddəsliyini qoruyub saxlayır


Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov - Koronavirus infeksiyasına qarşı bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmamışdır. İnfeksiyasının geniş yayılma sürətini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən sosial izolyasiya tədbirləri tətbiq olunur və qabaqlayıcı tədbirlərin görülməsi davam etdirilir. Hazırda ölkəmizdə epidemioloji durum ciddi nəzarət altında saxlanılır.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Göyçay rayon ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər həyata keçirilir.
İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı yanında operativ qərargah yaradılmış, sakinlər arasında geniş maarifləndirmə işlərinin aparılması davam etdirilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra bütün ümumitəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında, mədəniyyət və tibb müəssisələrində yoluxucu xəstəliyin profilaktikası məqsədi ilə kütləvi dezinfeksiya işlərinin aparılması təmin edilib. İnfeksion xəstəliyin yayılma təhlükəsini nəzərə alaraq Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən insanların sıx toplaşdığı bütün yerlərdə, həmçinin küçə, park və xiyabanlarda, yaşayış binalarının giriş bloklarında, pilləkən qəfəslərində və liftlərdə genişmiqyaslı profilaktik tədbirlər davam etdirilir.
Koronavirus infeksiyasının geniş yayılma təhlükəsi qarşısını almaq məqsədi ilə bir daha rayon sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Elçin Bilalovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovdur.

Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Elçin Bilalov bu işin müqəddəsliyini qoruyub saxlayır. Elçin Bilalov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Elçin Bilalovdan danışdılar yaxşı ki, Elçin Bilalov Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin olunub… Elçin Bilalov öz isguzarlığı ilə tanınır və seçilir….

Elçin Bilalov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Elçin Bilalovu heç vaxt əqidəsindən döndərə bilməz.

Elçin Bilalov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Elçin Bilalov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Elçin Bilalov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Elçin Bilalovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Elçin Bilalov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Elçin Bilalov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Elçin Bilalov özünü doğruldub. Bizdə hörmətli Elçin Bilalovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb