veten informasiya agentliyi

Xaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdir

Tarix:6-04-2020, 11:43
Baxış Sayı:875

Xaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdir


Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti video-konfrans keçirib

Xaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdir


Xaçmaz rayonunda xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev inzibati ərazi dairə nümayəndələri ilə videobağlantı vasitəsilə növbəti müşavirə keçirib.
Müşavirədə dünyada sürətlə yayılan koronavirus (COVİD-19) pandemiyasından əhalinin qorunması üçün atılan addımlar müzakirə olunub. Rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər diqqətə çatdırılıb.

Müvafiq ərazilərdə təmizlik və dezinfeksiya işləri xüsusi karantin rejimi dövrü bitənədək aşağıdakı tələblərə riayət edilməklə aparılmalıdır:

1. Açıq ərazilər gündə 1 dəfə təmizlənməli, hər iki gündə bir dəfə dezinfeksiya edilməlidir:
- avtomobil yolları, səkilər;
- körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri, avtomobil dayanacaqları;
- park və xiyabanlar.

2. Yaşayış və qeyri-yaşayış binaları:
- girəcəklər, pilləkən qəfəsələri, liftlər, yeraltı avtomobil dayanacaqları, həyətyanı sahələr hər gün təmizlənməli və həftədə 2 dəfə dezinfeksiya edilməlidir;
- tez-tez toxunulan bütün tutacaqlar, masalar, işıq açarları və sair səthlər gündə ən azı 1 dəfə, həftədə 2 dəfə isə dezinfeksiyaedici maddə ilə təmizlənməlidir.

3. Fəaliyyətinə icazə verilmiş ticarət və xidmət obyektlərində, apteklərdə ümumi istifadədə olan ərazilər, tez-tez toxunulan bütün tutacaqlar, masalar, işıq açarları və sair səthlər hər gün təmizlənməli və dezinfeksiya edilməlidir.

4. Bütün ödəniş terminalları, bankomatlar hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməlidir.

5. Sərnişin daşıma xidməti göstərən bütün növ avtonəqliyyat vasitələrinin tutacaqları və oturacaqları, dayanacaqlarının oturacaqları hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməlidir.

6. Məişət tullantılarının yığılması üçün istifadə olunan bütün konteynerlər, ictimai binalarda və ərazilərdə olan tullantı qabları gündə 1 dəfə təmizlənməli və həftədə 2 dəfə dezinfeksiya edilməlidir.

7. Epidemiya aşkarlanmış ərazilərdə təmizlik işləri 2-4 saatda bir dəfədən, dezinfeksiya işləri isə həftədə 2 dəfədən az olmayaraq aparılmalıdır.

8. İctimai yerlərdə istifadə olunan bütün əşyalar, qurğular fərqli vasitələrlə təmizlənməli və dezinfeksiya edilməlidir.

9. Bütün təmizlik işləri aşağıdakı qaydada aparılmalıdır:

- təmizlik işləri daha təmiz ərazidən başlanmalı və çirkli əraziyə doğru davam etdirilməlidir;
- təmizlik məqsədilə ümumi təyinatlı maye qələvi yuyucu vasitələrdən istifadə edilməlidir;
- işçilər əlcək və digər qoruyucu vasitələrlə təmin olunmalıdır;
- istifadə olunmuş əlcəklər təmiz yuyulmalı və qurudulmalıdır;
- yarasız hala düşmüş və ya zədələnmiş əlcəklər yeniləri ilə əvəz olunmalıdır;
- təmizlik işləri bitdikdən sonra istifadə olunan avadanlıqlar təmizlənməlidir;
- məişət tullantılarının yığılması üçün istifadə olunan konteynerlər və tullantı qutularına nəzarət edilməli və onların tam dolmaması üçün boşaldılaraq daşınması təmin edilməlidir.

10. Təmizlik və dezinfeksiya işlərindən sonra əllər və biləklər su və sabunla 20 saniyədən az olmayan müddətdə yuyulmalıdır.

Eyni zamanda tələblərin çoxaldılaraq bütün aidiyyəti qurumlara çatdırılması, yaşayış və qeyri yaşayış binalarının, fəaliyyətinə icazə verilmiş ticarət və xidmət obyektlərinin girişlərində vətəndaşların görə biləcəyi yerlərdən asılması tapşırılıb.
İcra başçısı kənd ərazilərində xüsusi karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılması, əhalinin rejimin tələblərinə riayət etməsi, xüsusi qayğıya ehtiyac olan vətəndaşların daim diqqətdə saxlanılması ilə bağlı ciddi göstərişlər verib.

Xaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdir


Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev koronavirus infeksiyasına qarşı mübarizədə örnək xidmət göstərən dərzi xanımın fəaliyətinə öz dəstəyini ifadə edib

Xaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdir


Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Xaçmaz rayonunda həm yerli dövlət qurumları, həm də müxtəlif əhali qrupları tərəfindən təqdirəlayiq tədbirlər görülür. Bunlardan biri də rayonda dərzi kimi fəaliyyət göstərən Aynur Ağabalayevanın nümunəvi addımıdır. Dərzi Aynur Ağabalayeva könüllü şəkildə insanlar üçün tibbi maskaların tikişi ilə məşğul olur. O, son zamanlar yaşanan maska çatışmamazlığını nəzərə alaraq, fərdi əl əməyi ilə hazırladığı üz maskalarını tikərək, yerli əhali arasında paylamaqla öz dəstəyini ifadə edib.

Qeyd olunmuş bu müsbət təşəbbüsü qiymətləndirmək məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 02.04.2020-ci il tarixində dərzi xanıma baş çəkib. Rayon rəhbəri dərzi xanımın fəaliyyətini müsbət qiymətləndirdiyini bildirərək, bu təşəbbüsün hər kəs tərəfindən alqışla qarşılandığını diqqətə çatdırıb. İcra başçısı qeyd etmişdir ki, bu həssas dönəmdə hər kəs vətəndaş mövqeyindən çıxış etməli və çox təhlükəli olan infeksiya ilə mübarizə məqsədilə evdə qalmalı, xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidir. Daha sonra dərzi Aynur Ağabalayeva rayon rəhbərinə onun fəaliyyətinə göstərdiyi bu rəğbətə görə minnətdarlıq bildirərək, bu addımın onun gələcək xidmətində həvəsləndirici rol oynayacağını diqqətə çatdırmışdır. Sonra İcra başçısı tərəfindən gənc dərzi xanıma fəxri fərman, hədiyyələr və maska tikilməsində istifadə olunan zəruri ləvazimatlar təqdim olunmuşdur.

Xaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdir
Xaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdir
Xaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdir
Xaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdir


Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev maarifləndirmə tədbirlərində iştirak edib

Xaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdir


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Xaçmaz rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.

01.04.2020-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin riayət edilməsi vəziyyəti ilə yaxından tanış olub.

Keçirilən baxış zamanı icra başçısı tərəfindən rayon sakinlərinə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum təmasda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək kimi vacib tövsiyyələr verilib. Aparılanmaarifləndirmə işləri zamanı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq yaradılmış mobil qrupların fəaliyyətinin səmərəliliyi ilə də tanış olub.

Şəhər ərazisində aparılan izahetmə-xəbərdarlıq işləri zamanı rayon rəhbəri bir çox ticarət və xidmət obyektlərində qəbul edilmiş izolyasiya tələblərinin icra vəziyyəti ilə yaxından tanış olub. Rayon rəhbəri şəhər mərkəzində yerləşən ərzaq satışı ilə məşğul olan böyük ticarət obyektlərində olarkən, sakinlərə aparılan maarifləndirmə işlərinin əsas məqsədini ətraflı şəkildə izah edib, gündəlik ərzaq məhsullarının qiymət səviyyəsi ilə də tanış olmuşdur. İcra başçısı, həmçinin bir neçə aptekə baş çəkib, tibbi maska və spirtlə təchizat məsələləri ilə maraqlanmışdır. Apteklərdə tibbi maska ilə bağlı təminatın gündəlik məhdud sayda olduğu bildirilib. Yaxın günlərdə ölkədə maska ilə bağlı çatışmamazlığı aradan qalxacağı, yerli istehsalla tələbin ödəniləcəyi icra başçısı tərəfindən diqqətə çatdırılıb.

Xaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdirXaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdirXaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdirXaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdirXaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdirXaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdirXaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdirXaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdirXaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdirXaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdirXaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdirXaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdirXaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdirXaçmaz rayonunda Koronavirusa qarşı ciddi tədbirlər alqışalaiqdir

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb