veten informasiya agentliyi

Ağsu rayonunda bütün sahələr üzrə ciddi tədbirlər həyata keçirilir və əhalinin rifah halı maksimum fəaliyyət nəticəsində yaxşılaşdırılır

Tarix:6-04-2020, 10:32
Baxış Sayı:740

Ağsu rayonunda bütün sahələr üzrə ciddi tədbirlər həyata keçirilir və əhalinin rifah halı maksimum fəaliyyət nəticəsində yaxşılaşdırılır

Ağsu rayonunda koronavirusla mübarizə məqsədilə əhalinin maarifləndirilməsi və dezinfeksiya tədbirlərinin aparılmasına diqqət artırılıb

Ağsu rayonunda bütün sahələr üzrə ciddi tədbirlər həyata keçirilir və əhalinin rifah halı maksimum fəaliyyət nəticəsində yaxşılaşdırılır

Ağsu rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə əhalinin maarifləndirilməsi və dezinfeksiya tədbirlərinin aparılmasına diqqət artırılıb.
Rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev yaradılmış mobil qrupların üzvləri ilə görüşərək əhalinin maarifləndirilməsi məqsədilə onlara tövsiyə və tapşırıqlarını verib. Mobil qruplarla yanaşı, RİH başçısı rayon Polis Şöbəsinin rəhbərliyi ilə birlikdə Ağsu şəhərinin küçə və meydanlarında, ticarət obyektlərində, ərzaq mağazalarında, apteklərdə fərdi görüşlər keçirib, sahibkarlarla, satıcı və alıcılarla karantin rejiminin qaydalarına riayət edilməsinə dair söhbətlər aparmaqla müvafiq tövsiyələr veriblər.
Eyni zamanda, zəruri ehtiyac olmadan küçələrə çıxan sakinlərə karantin rejiminin tələblərinə ciddi şəkildə riayət etmələri izah olunub, onlarla profilaktik söhbətlər aparılıb, evdə qalmaq, küçəyə çıxmamaq tövsiyə edilib. Rayon rəhbərliyi sakinləri dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə, karantin rejiminin qaydalarına düzgün riayət etməyə çağırıb. Vətəndaşlarla maarifləndirici söhbətlər aparılmaqla yanaşı, onlara tibbi spirt və maskalar paylanılıb.
Koronavirus infeksiyası ilə mübarizə məqsədilə maarifləndirici tədbirlər rayonunun bütün yaşayış məntəqələrində aparılır. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum ünsiyyətdə olmaq tapşırılır.
Rayonda koronavirus infeksiyasına yoluxma hallarının vaxtında qarşısının alınması məqsədilə görülmüş çoxsaylı tədbirlərin davamı olaraq rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən 02.04.2020-ci il tarixdə təkrarən 2 küçədə, 18 çoxmənzilli ictimai yaşayış binasında, 62 qeyri-yaşayış binasında, 59 ticarət obyektində və 17 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsində dezinfeksiya işləri aparılıb.
Karantin rejiminə əməl edilməsi məqsədilə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gün ərzində aparılan reydlər nəticəsində 15 nəfər rayon sakini karantin rejiminin tələblərini pozduqlarına görə cərimə edilib.
Bütün bunlarla yanaşı, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində evdən çıxmaları mədudlaşdırılmış daha bir qrup tənha, yaşlı, maddi imkansız rayon sakinlərinə ərzaq yardımları verilib.

Ağsu rayonunda bütün sahələr üzrə ciddi tədbirlər həyata keçirilir və əhalinin rifah halı maksimum fəaliyyət nəticəsində yaxşılaşdırılır
Ağsu rayonunda bütün sahələr üzrə ciddi tədbirlər həyata keçirilir və əhalinin rifah halı maksimum fəaliyyət nəticəsində yaxşılaşdırılır
Ağsu rayonunda bütün sahələr üzrə ciddi tədbirlər həyata keçirilir və əhalinin rifah halı maksimum fəaliyyət nəticəsində yaxşılaşdırılır
Ağsu rayonunda bütün sahələr üzrə ciddi tədbirlər həyata keçirilir və əhalinin rifah halı maksimum fəaliyyət nəticəsində yaxşılaşdırılır
Ağsu rayonunda bütün sahələr üzrə ciddi tədbirlər həyata keçirilir və əhalinin rifah halı maksimum fəaliyyət nəticəsində yaxşılaşdırılır
Ağsu rayonunda bütün sahələr üzrə ciddi tədbirlər həyata keçirilir və əhalinin rifah halı maksimum fəaliyyət nəticəsində yaxşılaşdırılır

Ağsu inamlı inkişafa doğru

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzaladığı bir sıra mühüm sərəncamlar ölkənin sosial-iqtisadi həyatında daha böyük inkişafa yol açır. Bütün sahələrdə uğurlu inkişafı qarşıya prioritet məsələ kimi qoyan dövlət rəhbəri, bölgələri də xüsusi diqqət mərkəzində saxlayır. Bu baxımdan, ölkə başçısı zəif işləyən, eləcə də yaşlanmış rayon icra başçılarını daha cavan, enerjili və bacarıqlı kadrlarla əvəz edir. Rayon rəhbərlərinin daha perspektivli kadrlarla əvəzlənməsi, eləcə də nöqsanlı işləyən başçıların işdən çıxarılaraq cəzalandırılması ölkə əhalisində dövlətə, onun rəhbərliyinə qarşı daha böyük inam və parlaq gələcəyə qırılmaz ümid hissi yaradır.
Rəhbəri dəyişmis rayonlardan biri də Ağsudur. via.az olaraq, Ağsuda baş vermiş Başçı dəyişikliyindən sonra bu rayonda aparılan islahatlara diqqət yetirmək istədik. Rayonun hazırki icra başçısı Vahid Tağıyev bu vəzifəyə Prezidentin müvafiq sərəncamı ilə 30 sentyabr, 2019-cu il tarixdə təyin olunub. V.Tağıyev problemləri elə də az olmayan bir rayona rəhbər göndərilib.

İcra başçısının əsas diqqət ayırdığı məsələ rayon sakinlərinin qəbul olunaraq dinlənilməsi və hallanan problemlərin qısa müddətdə həll olunmasıdır. V.Tağıyev qayğıları yığılıb qalmış ağsuluları hər həftənin beşinci günləri İH-nin binasında qəbul etməklə kifayətlənmir, eləcə də kəndlərdə tez-tez səyyar görüşlər təşkil edərək, onların problemlərini yerində və daha yaxından öyrənir, müvafiq göstərişlər verir. Rayon rəhbərinin ortaya qoyduğu iradə nəticəsində Ağsu ərazisində yaşıllaşdırma, abadlaşdırma, yenidənqurma sahəsində böyük canlanma meydana gəlib. Belə ki, rayon mərkəzindəki park və küçələrin ağacları budanır, bəzək kolları səliqəyə salınır, örtük daşları yenilənir, bir sözlə, göz oxşayacaq gözəlliklər yaradılır. Rayon mərkəzi ilə kəndləri birləşdirən, o cümlədən, kəndarası yolların rahatlığı diqqətdə saxlanır, əhalinin çətinliksiz gediş-gəlişi təmin olunur. Rayon camaatının fasiləsiz işıq və rabitə ilə təminatı istiqamətində də ciddi işlər aparılır. Bu mənaya köhnə dirəklərin dəyişdirilməsini, kabelləşmə işlərinin aparılmasını, yeni işıq yarımstansiyasının quraşdırılmasını da aid etmək olar.
Apardığımız müşahidələrə əsasən, demək olar ki, bu gün Ağsu rayonunda bütün sahələr üzrə ciddi tədbirlər həyata keçirilir və əhalinin rifah halı maksimum fəaliyyət nəticəsində yaxşılaşdırılır.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb