veten informasiya agentliyi

Göyçay yalnız özünün təsərrüfatı ilə məşhur idisə, indi gözəlliyi, ilə ad çıxarmağa başlayıb

Tarix:30-03-2020, 11:55
Baxış Sayı:770

Göyçay yalnız özünün təsərrüfatı ilə məşhur idisə, indi gözəlliyi, ilə ad çıxarmağa başlayıb


Göyçay rayonunda könüllülər tərəfindən koronavirus infeksiyası ilə bağlı maarifləndirmə və mübarizə tədbirləri həyata keçirilir

Göyçay yalnız özünün təsərrüfatı ilə məşhur idisə, indi gözəlliyi, ilə ad çıxarmağa başlayıb



Göyçay rayon könüllüləri və gənclər tərəfindən rayon sakinlərinə bukletlər paylanılıb, şəhərin mərkəzi küçə və prospektlərində elanlar yapışdırılaraq koronavirus infeksiyasına yoluxmamaq üçün maarfləndirmə tədbirləri aparılıb.
Ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar rayon İcra Hakimiyyətinin könüllüləri rayonda tək yaşayan ahıllara evlərindən çıxmamaq qadağasına riayət etmələri üçün onların zəruri gündəlik təlabatlarının ödənilməsinə köməklik göstərirlər. Könüllülər ahıl vətəndaşları qoruyucu maska və əlcəklər, həmçinin spirt məhlulu ilə təmin etmişlər.
Könüllülər koronavirus infeksiyasının geniş yayılma təhlükəsi qarşısını almaq məqsədi ilə bir daha rayon sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırış ediblər.
Könüllülər tərəfindən xidmətlər lazımi qoruyucu vasitələrlə, müəyyən olunmuş məsafə saxlanılmaqla aparılır.

Göyçay rayonunda koronavirus infeksiyası ilə bağlı dezinfeksiya tədbirlərinin həyata keçirilməsi davam etdirilir

Göyçay yalnız özünün təsərrüfatı ilə məşhur idisə, indi gözəlliyi, ilə ad çıxarmağa başlayıb


Koronavirus infeksiyasına qarşı bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmamışdır. İnfeksiyasının geniş yayılma sürətini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən sosial izolyasiya tədbirləri tətbiq olunur və qabaqlayıcı tədbirlərin görülməsi davam etdirilir. Hazırda ölkəmizdə epidemioloji durum ciddi nəzarət altında saxlanılır.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Göyçay rayon ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər həyata keçirilir.
İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı yanında operativ qərargah yaradılmış, sakinlər arasında geniş maarifləndirmə işlərinin aparılması davam etdirilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra bütün ümumitəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında, mədəniyyət və tibb müəssisələrində yoluxucu xəstəliyin profilaktikası məqsədi ilə kütləvi dezinfeksiya işlərinin aparılması təmin edilib. İnfeksion xəstəliyin yayılma təhlükəsini nəzərə alaraq Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən insanların sıx toplaşdığı bütün yerlərdə, həmçinin küçə, park və xiyabanlarda, yaşayış binalarının giriş bloklarında, pilləkən qəfəslərində və liftlərdə genişmiqyaslı profilaktik tədbirlər davam etdirilir.
Koronavirus infeksiyasının geniş yayılma təhlükəsi qarşısını almaq məqsədi ilə bir daha rayon sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Göyçay rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir. Burada abadlıq–quruculuq işlərinin miqyası ildən–ilə genişlənir, əhalinin rahatlığına, rifah halının yaxşılaşmasına təminat yaradan iri layihələr həyata keçirilir.

Göyçaylılarla görüşü zamanı Prezidentin dediyi bu sözlər rayon sakinlərində xoş ovqat yaratdı. Göyçay doğrudan da son illərdə dinamik inkişaf yolundadır. Rayon sakinlərinin əldə etdiyi göstəricilər sürətli inkişafa ən yaxşı nümunədir.

KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Əsl ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Göyçay Rayon İcra Hakimiyyəti Başçısı Mehdi Səlimzadə rayon camaatı tərəfindən sevilir, hörmətlə qəbul ədilir. Çünki o, bu vəzifəyə dövlət başçısının təklifi ilə göndərilib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Amandı gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Göyçay tutur. Qeyd edək ki, Göyçay son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə camaatın ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir. Bildirək ki, faktiki vəziyyətin yaranmasının başlıca səbəbkarı rayonun icra başçısı Mehdi Səlimzadənin gərgin əməyinin nəticəsidir. Belə ki, Mehdi Səlimzadə Göyçaya rəhbər təyin olunan ilk gündən qollarını çırmayaraq, harada problem varsa, onun aradan qaldırılmasına başlayıb. Qısa müddətdə şəhərin görkəminin dəyişdirilməsi, yeni parkaların salınması, küçələrin genişləndirilməsi və abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil. Çünki Göyçayda görüləcək işlər çoxdur. Həm də göyçaylılar üçün görüləcək işlər həddindən artıq çoxdur. Mehdi Səlimzadə əhaliylə xoş münasibəti, onların şikayətlərini dinləmək üçün həmişə can atması, onların ehtiramını saxlaması, problemlərini həll etmək üçün lazım olan bütün addımları atması hamı tərəfindən təqdir olunur, alqışlanır. Elə rayon sakinləri də yaranmış vəziyyətdən məmnundurlar. Onlar deyirlər ki, bir zamanlar Göyçay yalnız özünün təsərrüfatı ilə məşhur idisə, indi gözəlliyi, ilə ad çıxarmağa başlayıb.


Göyçay yalnız özünün təsərrüfatı ilə məşhur idisə, indi gözəlliyi, ilə ad çıxarmağa başlayıbGöyçay yalnız özünün təsərrüfatı ilə məşhur idisə, indi gözəlliyi, ilə ad çıxarmağa başlayıbGöyçay yalnız özünün təsərrüfatı ilə məşhur idisə, indi gözəlliyi, ilə ad çıxarmağa başlayıb

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb