veten informasiya agentliyi

Nəriman Əliyev ittiham olunur - Masallı sakini şikayətçidir

Tarix:20-04-2017, 13:53
Baxış Sayı:570

Nəriman Əliyev ittiham olunur - Masallı sakini şikayətçidir
















“Ştutqart” mağazalar şəbəkəsinin direktoru Əfqan Abdullayev Masallı rayon sakini Rəfiyev Fərhad Rasim oğlu arasında qovğa böyüməkdədir

Ulus.Az xəbər verir ki, onun evini və avtomobillərini əlindən alması barədə mətbuat dəfələrlə yazıb. Əmlakı əlindən alınan vətəndaş Fərhad Rəfiyev başına gələn xoşagəlməzliklə bağlı müxtəlif instansiyalara müraciət edib.

Maraqlıdır ki, mətbuatda bu hadisə ilə bağlı ciddi iradlar səslənir, amma qarşı tərəf olan Masallıdan millət vəkili seçilmiş Nəriman Əliyevin bacısı oğlu,“Ştutqart” MMC-nin direktoru Əfqan Abdullayev, yaxud da şirkət adından hansısa münasibət bildirilmir.

F.Rəfiyev isə bu dəfə daha ciddi faktlar ortaya qoyub. O, Feysbukdakı “Millət vəkilinin məhv etdiyi ailə” adlı səhifədə bu nüansları qeyd edib: “Birdən elə başa düşərsiz ki millət vəkilin evi yoxdur deyə mənim evimi mənimsəyib?!

Və ya onun ümumiyyətlə bu işdən xəbəri yoxdu?! Mən millət vəkili Nəriman müəllimə ilk dəfə yanvar ayının 7-də zəng etdim. Bacısı oğlunun məndən evimi qanunsuz olaraq tələb etdiyini bildirdim.

Nəriman müəllim mənə dedi ki, “bacım oğlu nə deyir ona əməl et, o, mənim sözümü deyir, sonra Nəriman dayın səninlə oturub çörək yeyib söhbət edər”.

Sonra millət vəkili Nəriman Əliyevlə “Ulduz” metrosu yaxınlığında olan biznes obyektində də görüşdüm. Orda mənə söz verdi ki, səsini çıxartmasan özünü yaxşı aparsan evini qaytararıq.

Evi və maşınımı qaytarmadığına görə mənim atam şikayət etdi. Fevral ayında millət vəkili Nəriman Əliyev özü mənə zəng etdi və dedi ki, şikayətinizi geri götürün. Deyin ki, anlaşmazlıq olub. Geri götürsəniz evini qaytararıq.Amma yenə də bizi aldatdılar”.

Ulus.Az-ın verdiyi məlumata görə, şikayətçi baş verənləri nəql edib: “Yaxşı ki, telefon danışıqlarımız qeydə alınıb. Sabah telefon danışıqları mətbuata və lazımi orqanlara göndəriləcək.

Aşağıdakı şəkillərdə Nəriman Əliyevin mənimlə görüşdüyü Ulduz metrosu yanındakı biznes obyektlərinin, Teymur Əliyev küçəsindəki villasın görə bilərsiniz.
Məsələ ilə bağlı valideynlərim millət vəkili ilə onun Nəsimi rayonu, Həsən Əliyev küçəsində olan bina evində də olublar.

Bina evində olan bir mərtəbə tamamilə millət vəkilinə məxsusdur. Bununla belə mənim qanusuz olaraq hədə-qorxu ilə mənimsədikləri evimi qaytarmırlar”.
Qeyd edək ki, şirkət direktoru vətəndaşı firmaya 300 min zərər vurmaqda ittiham edib və adına olan əmlakları mənimsəyib.

Qarşı tərəfi dinləməyə hazırıq.

“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
“Veysəloğlu”  “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər  37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
A ç ı q l a m a
A ç ı q l a m a
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
Elm və təhsil naziri Xocalıda məktəb açılışında