veten informasiya agentliyi

"Samux batır, bizə kömək edin..." - ŞİKAYƏT

Tarix:8-04-2017, 12:54
Baxış Sayı:575

"Samux batır, bizə kömək edin..." - ŞİKAYƏT















Redaksiyamıza daxil olan şikayət məktubunu imzalayan bir qrup Samux sakini rayonun icra hakimiyyətinin başçısı Alı Qocayevdən narazılıq edirlər.

DİA.AZ-a daxil olan müraciətdə bildirilir ki, Alı Qocayevin Samuxa icra başçısı təyin olunmasından sonra bu rayonun sahibkarlarının qara günlərinə də eyni vaxtda start verilib.

Narazı vətəndaşlar dia.az-a yazırlar ki, Alı Qocayev Samuxda həyata keçirilən bütün abadlıq işlərini yerli iş adamlarına həvalə edib: «Əvvəlki icra başçısının zamanında əgər, məsələn, büdcədən ayrılan vəsaitin yarısı mənimsənilirdisə, indi vəziyyət daha da acınacaqlıdır.

Görülən bütün işlər, həyata keçirilən bütün abadlıq işləri 100 faiz olaraq yerli sahibkarların büdcəsindən qaynaqlanır. Əvəzində deyirlər ki, böhranla əlaqədar Bakıdan pul ayrılmır. Buna görə də hər şey yerli imkanlar hesabına edilməlidir. Biz başa düşə bilmirik, "yerli imkanlar" dedikdə nə anlaşılır? İnsanların var-yoxunun əlindən alınmasımı?»

Artıq Alı Qocayevin əlindən zara gəldiklərini deyən sahibkarlar bildirir ki, Samuxda bu səbəbdən iş görən adam, iş adamı qalmayıb: «Samux Asfalt Beton zavodu fəaliyyətini bu kimi olaylara görə dayandırdı. Zavodun rəhbəri başını götürüb qaçmaq zorunda qaldı. Bu gün Samux rayon mərkəzində fəaliyyət göstərən onlarla obyektin rəhbəri də iş yerini bağlamaq zorunda qalıb. Çünki başçının tələblərini yerinə yetirmək üçün onların fəaliyyətləri yetərli olmur.

Nə qədər pul qazanmalıyıq ki, həm təsərrüfatımızı idarə edək, həm də Alı Qocayevin xərclərini ödəyək:

Ona görə də bu gün Samuxda böyük bir təhlükə gözlənilir: İŞSİZLİK… Bəlkə də Alı Qocayev bunun fərqində deyil. Amma bunun bəlası ümumrespublika səviyyəsində özünü mütləq göstərəcək.

Biz, müraciətimizin işıqlandırılmasını istəyirik. Samux batır… Bizi Alı Qocayevin əlindən xilas edin»…

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə