veten informasiya agentliyi

Əli Əsədovun Baş nazir kimi — İLK ÇIXIŞI

Tarix:8-10-2019, 15:08
Baxış Sayı:513

Əli Əsədovun Baş nazir kimi — İLK ÇIXIŞI

Əli Əsədov Milli Məclisdə baş nazir kimi ilk çıxışını edib.
“Bu gün sizin qarşısında çıxış edərək, baş nazir postuna namizədliyimi irəli sürdüyünə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Mən ölkə başçısının bu etimadını layiqincə yerinə yetirmək üçün əlimdən gələni edəcəyəm”,- Ə.Əsədov deyib.

“Ölkə.Az” xəbər verir ki, baş nazir eyni zamanda Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hərtərəfli siyasət nəticəsində ölkəmizin titanic inkişaf etdiyini, işsizliyin, yoxsulluğun 5 faizədək azaldığını, valyuta ehtiyatlarının 26 dəfə artaraq 49 milyard dollar təşkil etdiyini, ölkə iqtisadiyyatına bu müddət ərzində 270 milyard dollar investisiya qoyulduğunu bildirib.

Qarabağ probleminə toxunan baş nazir deyib ki, Azərbaycan Prezidenti son dövrlərdə Ermənistan rəhbərliyinin məsuliyyətsiz bəyanatlarına layiqli cavab verib. Bildirib ki, “Qarabağ Azərbaycanındır və nida işarəsi”.

Ölkə başçısı tərəfindən sosial sahədə uğurlu islahatların həyata keçirilməsinə toxunan baş nazir deyib ki, minimum əməkhaqqları 3,3 dəfə, pensiyalar 3 dəfə artıb.
Ə. Əsədov deyib ki, dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərində Azərbaycanı böhran vəziyyətindən qurtarıb və real müstəqilliyi əldə edərək inkişaf etdirib. Ə.Əsədov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin səyi nəticəsində ölkə sürətli inkişaf yolunu keçməkdədir. “Prezdentin rəhbərliyi ilə “Azəri-Çıraqlı-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, Cənub Qaz Dəhlizi, “Bakı-Tbilisi-Qars” kimi meqalayihələr gerçəkləşdirilib. Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi bu sahənin də inkişafında ciddi nailiyyətlər qazandırır. Qeyri-neft sektorunun ÜDM-i 2.8 dəfə, qeyri-neft sənayesi isə, 2.4 dəfə artıb. Azərbaycan kosmik ailənin üzvü olub”.

Ə.Əsədov deyib ki, bu gün ölkənin əsas problemi doğma Qarabağımızın işğaldan azad edilməsidir. Ermənistan rəhbərliyinin məsuliyyətsiz, populist çıxışlarına Prezident İlham Əliyev tərəfindən layiqli cavab verilib: “Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” Qarabağın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hərbi qüdrətimizin artırılması Prezidentin gündəlik fəaliyyətinin əsas prioritetlərindədir”- baş nazir deyib.

Ölkə başçısı və Birinci vitse-prezidentin əhalinin həssas təbəqəsinə olan diqqətindən danışan Əli Əsədov deyib ki, ölkə rəhbərliyi vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələri, müharubə əlilləri, xüsusi qayğıya ehtiyacı olan şəxslər, o cümlədən məcburi köçkünlər, ahıllar, uşaqlar daim diqqət mərkəzində saxlayır. “Bu insanlara Birinci vitse-prezident Mehriban Əliyeva məhəbbət və mərhəmət ilə dolu qayğı göstərir. Azərbaycanın dayanıqlı və çoxşaxəli inkişafı dövlətin bütün qollarının ahəngdar və bərabər fəaliyyətindən asılıdır”- Ə.Əsədov qeyd edib.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı