veten informasiya agentliyi

“İcra və FHN əməkdaşları gizlicə evimə girib” - Veterandan Birinci Vitseprezidentə müraciət

Tarix:5-04-2017, 14:08
Baxış Sayı:653

“İcra və FHN əməkdaşları gizlicə evimə girib” - Veterandan Birinci Vitseprezidentə müraciət
















Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyevlə bağlı birinci vitse-prezident Mehriban Əliyevaya şikayət edilib.

Bu barədə BakiPost.az-a icra başçısından şikayətçi olan Yavər Fərzəliyev özü məlumat verib. Bildirib ki, icra başçısı onun "Sovetski”dəki evinin sökülməsi ilə bağlı müsbət qərar çıxarılması üçün məhkəməyə təzyiq göstərir.

Belə ki, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin üzvü, 20 Yanvar zərərçəkəni Yavər Fərzəliyev Bəşir Səfəroğlu küçəsi ev 32, mənzil 12-də yerləşən mənzilinə verilən məbləğlə razılaşmadığı üçün evdən çıxmaq istəmir. Bu səbəbdən iş məhkəməyə kimi uzanıb.

Hazırda Yasamal Rayon İcra Hakimiyyəti ilə I saylı İnzibati İqtisadi Məhkəmədə prosess getdiyini bildirən Y. Fərzəliyevin sözlərinə görə, icra hakimiyyəti mənzilin dövlət ehtiyacları üçün sökülməsini iddia etsə də, bunu sübut edəcək sənədləri məhkəməyə təqdim etməyib: "Bu gün davam edən prosessdə icra hakimiyyətinin Eynulla adlı nümayəndəsi məhkəməyə təzyiq edərək "bu ev təcili sökülməlidir” dedi. Mən isə bildirdim ki, məhkəmə prosessi hələ başa çatmayıb siz mənim şəxsi mülkiyyətimi necə sökə bilərsiniz? Evimin fotolarını da sizə təqdim edirəm. Baxın, mənim mənzilimin yol infrasturukturuna hansısa adiyyəti varmı? Artıq orada yol çəkilib və mənim evimlə heç bir əlaqəsi yoxdur”.

Zərərçəkən iddia edir ki, Yasaman rayon İH ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əlbir olub və gizlicə onun evinə daxil olublar: "Onlar naməlum üsullarla xəlvət şəkildə mənim mənzilimin içinin şəkillərini çəkərək akt tərtib ediblər. Mən həmin şəxslərin evimə nə vaxt girdiyini bilmirəm. Bu şəkilləri hansı şəraitdə çəkdiklərindən xəbərim yoxdur. İcra hakimiyyəti və FHN-nin əməkdaşları mənim mənzil toxunulmazlıq hüququmu pozaraq şəxsi həyatıma müdaxilə etməklə mənim iradəmə zidd olaraq mənzilimin içərisini xəlbət çəkiblər”.

O, bunlarla əlaqədar olaraq birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Qeyd edək ki, BakiPost.az bu məsələ ilə bağlı bir müddət əvvəl yazı dərc etmişdi. Yazıda veteranın çətin durumda olduğu bildirilirdi.


“İcra və FHN əməkdaşları gizlicə evimə girib” - Veterandan Birinci Vitseprezidentə müraciət

“İcra və FHN əməkdaşları gizlicə evimə girib” - Veterandan Birinci Vitseprezidentə müraciət

“İcra və FHN əməkdaşları gizlicə evimə girib” - Veterandan Birinci Vitseprezidentə müraciət

“İcra və FHN əməkdaşları gizlicə evimə girib” - Veterandan Birinci Vitseprezidentə müraciət

“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
“Veysəloğlu”  “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər  37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
A ç ı q l a m a
A ç ı q l a m a
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
Elm və təhsil naziri Xocalıda məktəb açılışında