veten informasiya agentliyi

Laçında səhiyyə sistemi iflic durumda - VİDEO

Tarix:16-03-2017, 14:00
Baxış Sayı:762

Laçında səhiyyə sistemi iflic durumda - VİDEO














Redaksiyamızın əməkdaşları Ağcəbədi rayon Taxtakörpü adlanan qəsəbədə oldular.Məlum olduğu kimi bu gün Laçın Rayon Mərkəzi Xəstəxanası (RMX) müvəqqəti olaraq Ağcabədi rayon Taxtakörpü qəsəbəsində yerləşir. Vətəndaşların çoxsaylı şikayəti ilə əlaqəli üz tutduq Laçın rayon Mərkəzi xəstəxanasına,həmdə özümü narahat hiss etdiyim üçün dedim təzyiqimidə xəstəxanada ölçərlər.Amma sən saydığını say,gör xəstəxanada nə sayırlar.Laçın rayon Mərkəzi xəstəxanasının adı var ,xəstəxana yiyəsiz nə bir həkim nə bir tibb bacısı nıdə növbətçi həkim tapa bildik.Bir dəfədə bu xəstəxananını bu cür vəziyyətdə görmüşdük .Yiyəsiz qalmış xəstəxana,toz basmış bomboş palatalar,yararsız çarpayılar...Bir sözlə sanki oba köçüb,yurdu qalıb. Qeyd edək ki,xəstəxananın baş həkimi Rauf İsfəndiyarovdur. Hazırda Mərkəzi Xəstəxananın tabeliyində 18 xəstəxana, 19 ambulator poliklinika, 83 feldşer məntəqəsi və 1 təcili tibb yardım məntəqəsi fəaliyyət göstərir. BakuPress.Az-a daxil olan məlumatlarda isə sakinlər rayon səhiyyəsinin olduqca bərbad durumda olduğunu bildirirlər. Bizdə bunun özümüz şahidi olduq. Vətəndaşların xüsusi narazılığını doğuran amillərdən birinin xəstəxanaya dərmanların alınmasında yol verilən maxinasiyaların olduğu göstərilir. Bu xüsusda mənbələr bildirirlər ki, dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Bəzi hallarda isə bu maxinasiyalar üçün kənd xəstəxanaları daha əlverişli olur. Buna görə də bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılarsa, bəzi kənd xəstəxana və tibb məntəqələrində dərmanlardan əldə olunan qazancın mərkəzi xəstəxanadan daha çox olduğu məlum olar. Halbuki, onların demək olar heç birində xəstələr yatmır. Məlumatlarda qeyd olunur ki, Laçın Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir.Digər tərəfdən isə, məlumatlarda RMX-nın doğum şöbəsinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Bununla belə təbii doğuş da burada təxminən 400-500 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır. Yığılan pulların çoxu RMX-nın baş həkimi Rauf İsfəndiyarova çatır. Daha sonra açıqlamalarda Laçın səhiyyəsinə ayrılan dövlət vəsaitlərinin də RMX rəhbərliyi tərəfindən mənmsənildiyi bildirilir. Yayılan məlumata görə, Rayon Mərkəzi Xəstəxanasına təkcə ötən ildə satınalmalarla bağlı 120 min manat və rayonun daxili büdcəsindən isə 250 min manata yaxın vəsait ayrılıb. Ayrılan vəsaitlər isə adı olub özü olmayan tibb məntəqələrinin cari təmiri adı altında silinərək mənimsənilib. Baş həkim həm də Səhiyyə Nazirliyinin xətti ilə RMX-yə ayrılan pulları təyinatı üzrə xərcləmir. Görəsən, baş həkim Rauf İsbəndiyarov kimə arxalanaraq tibb ocağında çalışan işçilərin maaşına göz dikir? İddialara görə Rauf İsfəndiyarovun qazanc mənbəyindən biri isə Mərkəzi Xəstəxananın nəzdində olan Təcili Tibbi Yardım Mərkəzidir. Belə ki, baş həkim qanunları ayaq altına ataraq hər gün yalandan çağırışlar yazdırır. Bunun nəticəsində isə ay ərzində dövlətin tonlarla yanacağı və dərman ləvazimatları silinir. Bizdə bunun şahidi olduq təcili tibbi yardım şöbəsinin qapıları bağlı ,yalandan boş dayanmış təcili tibbi yardım maşınları görüntüdən başqa bir şey deyildi.Digər tərəfdən də mərkəzi xəstəxanada “ölü canlar” saxlanılır, yəni saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Rayon sakinlərinin fikrincə, Laçın Rayon Mərkəzi Xsətəxanasında əmək intizamı tamamilə yaddan çıxıb, burda yalnız rüşvət yığılır və hər kəs baş həkimə aylıq hesab verir Çünki xəstəxananın yalnız adı var ..Xəstəxanada olduğumuz zamanyiyəsiz qalmış Lçın rayon Mərkəzi xəstəxanasından videoreportaj hazırladıq.Gününgunorta çağı xəstəxanada bir kimsəni tapa bilmədik.Hətta kimsə gəlib bombada qoysa heç kimin məlumatı olmaz.Görünür Rauf doktora bu cür xəstəxana sərf edir.Amma deyim ki,bura nəinki xəstəxana heç ölüxanayada bənzəmirdi.Ətraflı videosüjetimizdən izləyə bilərsiniz. .Ümid edirik ki, Səhiyyə Nazirliyinin rəhbərliyi irəli sürülən ittihamların ciddiliyini nəzərə alaraq, ən qısa zamanda Laçın Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətini təftiş etmək üçün lazımi göstərişləri verəcəkdir.BakuPress//

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı