veten informasiya agentliyi

Ağdaşın 5 illik baş bəlası... - Rəsmən rayon talan olunub

Tarix:3-03-2017, 11:40
Baxış Sayı:654

Ağdaşın 5 illik baş bəlası... - Rəsmən rayon talan olunub

2016-cı ildə Ağdaş rayonunda əksər dövlət satınalmaları ilə bağlı tenderləri bir şirkət qazanır. Bu – “Meqler” MMC-dir.Nia.az xəbər verir ki,İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəsmi saytında yerləşdirilən və dövlət satınalmalarına dair keçirilmiş müsabiqələrin reyestrində apardığı araşdırmadan məlum olub ki, adıçəkilən şəhər yerli icra hakimiyyətinin “şəhər və kənd yollarında təmir işlərinin satın alınması” məqsədilə keçirilən tenderinin qalibi olub. Nəticədə “Meqler” MMC yarımmilyon manatlıq, daha dəqiq desək, 445 min AZN dəyərində işin icrasını qazanıb.
Şirkətin 2016-cı il ərzində qazandığı tenderlərin isə sözün həqiqi mənasında sayı-hesabı yoxdur. Məsələn, Mədəniyyət və Turizm Nazirliyi Ağdaş Rayon Mədəniyyət və Turizm Şöbəsinin 3 sifarişi məhz “Meqler” MMC-yə həvalə olunub. Cari təmir işləri üçün materialların, bərk inventarların və avadanlıqların satın alınmasını nəzərdə tutan bu tenderlərdən sözügedən şirkət ümumilikdə 200 min manatdan artıq vəsait əldə edib.
Bundan başqa, Ağdaş rayon İcra Hakimiyyətinin Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi də bu il dəyəri 342. 136 manat olan və abadlıq-təmir işlərinin icrasını nəzərdə tutan sifarişini “Meqler” MMC-yə həvalə edib.
Sözügedən icra nümayəndəliyinin 2016-cı ildə ərzaq məhsullarının satınalınması məqsədilə keçirdiyi və dəyəri 205 min manatdan bir qədər artıq olan tenderinin qalibi də məhz adıçəkilən MMC-dir.
Araşdırmalarımız nəticəsində şirkətin qazandığı digər tenderlər də ortaya çıxıb:
• Körpələr evi – uşaq bağçasının cari təmir işlərinin satın alınması – 13601,28 manat (sifarişçi: Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi)
• 10 saylı körpələr evi-uşaq bağçasının təmiri işlərinin satın alınması – 22818,67 manat (sifarişçi: Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi)
• Yumşaq inventarların satın alınması – 40356 manat, sair xərclər üzrə satınalmalar – 24.898 manat (hər iki halda sifarişçi: Mədəniyyət və Turizm Nazirliyi Ağdaş Rayon Mədəniyyət və Turizm Şöbəsi)
• İdarənin saxlanılması xərcləri üzrə satınalmalar – 28. 178,4 manat, dəftərxana ləvazimatlarının satın alınması – 7997 manat (hər iki halda sifarişçi: Mədəniyyət və Turizm Nazirliyi Ağdaş Rayon Mədəniyyət və Turizm Şöbəsi)
• Ərzaq məhsullarının satın alınması – 9.023 manat (sifarişçi: Ağdaş Rayon İcra Hakimiyyəti Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi)
• Ərzaq məhsullarının satın alınması – 9.023 manat (sifarişçi: Ağdaş Rayon İcra Hakimiyyəti Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi)
• Ərzaq məhsullarının satın alınması – 13.554 manat (sifarişçi: Ağdaş Rayon İcra Hakimiyyəti Kotavan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi)
• Ərzaq məhsullarının satın alınması – 9.023 manat (sifarişçi: Ağdaş Rayon İcra Hakimiyyəti Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi) və s.
Onu da deyək ki, Azərbaycan təcrübəsi hər hansı rayonda bir şirkətin bu qədər tender qazanmasının təsadüfi baş vermədiyini və müəyyən qaranlıq məqamlardan xəbər verdiyini göstərir.
O da aydındır ki, bu, həmin rayon rəhbərliyinin iradəsindən kənarda demək olar, mümkün görünmür. Əksər hallarda belə şirkətlər yerli rəhbərliyə ya birbaşa, ya da dolayı yolla yaxın şirkətlərdir. Xatırladaq ki, Ağdaş rayonunun isra başçısı Tofiq İbrahimovdur. O, 2012-ci ildən sözügedən rayona rəhbərlik edir

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib