veten informasiya agentliyi

Büdcədən ayrılan pul cibə qoyulur, əvəzində isə... - Yeyinti ittihamı

Tarix:16-11-2018, 13:02
Baxış Sayı:644

Büdcədən ayrılan pul cibə qoyulur, əvəzində isə... - Yeyinti ittihamı















Sumqayıtda binaların bloklarının təmiri iki ildir ki, həkimlərə və müəllimlərə həvalə olunub. AzEuroNews.com-un verdiyi məlumata görə, bu barədə jurnalist Natiq Cavadlı yazıb. Onun sözlərinə görə, nəticədə şəhər büdcəsindən ayrılan vəsaitlər mənimsənilir. Hətta iddialara görə, bu il həkimlərdən birinin pul yığımı üçün etirazı icra başçısı Zakir Fərəcova çatdırılıb.

Sumqayıt ŞİH başçısı isə Azərbaycan reallığına uyğun olaraq mesaj göndərib ki, onların kabinetlərdə nə işlə məşğul olduqlarını bilir, elə etməsinlər ki, pis xəbər eşitsinlər. Yaxşısı budur, blokları təmir eləsinlər. 13 oktyabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 3,7 milyon manat ayrıldı. 15 dekabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün 5 milyon manat pul ayrıldı. 03 mart 2016-cı ildə Prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat pul ayrıldı.

10 iyun 2016-cı ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 10 milyon, o cümlədən çox mənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5 milyon, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5 milyon manat ayrılıb. Z.Fərəcov Sumqayıta icra başçısı təyin edildikdən indiyə qədər 49,7 milyon manat pul ayrılıb. Bu ayrılan pullar təyinatı üzrə xərclənsəydi, yeni şəhər salmaq olardı. İH-dən zəngimizə cavab verilmədi, rəsmi açıqlamanı dərc etməyə hazırıq. Büdcədən ayrılan pul cibə qoyulur, əvəzində isə... - Yeyinti ittihamı

NOVRUZ ASLANOV ZİYALILIĞI
NOVRUZ ASLANOV ZİYALILIĞI
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış