veten informasiya agentliyi

Seçicilər Balakənin deputatını axtarışa verdi: eks-başçının müdhiş biznes siyahısı

Tarix:15-12-2016, 10:34
Baxış Sayı:752

Seçicilər Balakənin deputatını axtarışa verdi: eks-başçının müdhiş biznes siyahısı

















Bakının Nəsimi rayonunun keçmiş başçısı, hazırda 109 saylı Balakən seçki dairəsinin deputatı Məhəməliyev Nəsib Məhəmməd oğlu seçiciləri tərəfindən axtarışa verilib

Millət vəkili nə seçicilərlə görüşür, nə yerli camaatın dərd-səri ilə maraqlanır. Onu parlamentin iclaslarında çıxış edən görən də olmayıb.

Ölkədə bu qədər ictimai-siyasi hadisələr baş versə də, Balakənin deputatından səs çıxmır. Bunun səbəbi biznesi və başçı olduğu dövrdə yığdığı sərvəti idarət etməkdir. Mediada yer alan məlumatlar üzərindən apardığımız araşdırmalara görə aşağıdakı obyektlər Nəsib Məhməliyevə məxsusdur:

1. 20 yanvar küçəsi ilə Asif Məhərrəmov küçələrinin kəsişməsində yerləşən “Əlibaba” dönərxanası və ona bitişik aptek.
2. Asif Məhərrəmov küçəsində 46 saylı yaşayış evi ilə üzbəüz alkaponlu möhtəşəm ofis binası.
3. Asif Məhərrəmov küçəsi 22a ünvanda yerləşən “Unibank”ın binası.
4. Məmmədcəfər Cəfərov küçəsi 16 ilə üzbəüz “Moskva” univermağının yaxınlığında 6 mərtəbəli “Modera” mebel salonunun binası.
5. Mir Cəlal küçəsində “Leyla” şadlıq evi ilə üzbəüz hasara alınmış böyük sahə.
6. Mir Cəlal küçəsi 36-da 6 mərtəbəli alkoponlu ofis binası.
7. Mir Cəlal küçəsi 63-də “Assorti” restoranı.
8. Akademik Zərifə Əliyeva adına göz klinikası ilə üzbəüz, Mirmahmud Kazımovski küçəsi 31-in yaxınlığında 6 mərtəbəli binanın altındakı aptek və onun arxasında yerləşən restoran.
9. 20 yanvar küçəsi bina 22-nin yaxınlığında “Deka bank” və yaxınlıqında tikilən bina.
10. 20 yanvar küçəsində “Qızıl Tac” şadlıq evi ilə üzbəüz silsilə şadlıq evləri və digər binalar.
11. “Qızıl Tac” şadlıq evinin arxasındakı stadion. Icra başçısı stadionu təmir adı ilə zəbt edib.
12. “Əcəmi” metrosunun yaxinlığında “Bakcell” ve onun yanında “Azercell” dükanları.
13. “Moskva ” univermağı ilə üzbəüz çayxanalar və bağın içində təmir edilən 3 mərtəbəli bina.
14. Cavadxan küçəsi 26-da “Ideal” ayaqqabı mağazası və həmin küçədə yerləşən aptek
15. “Ərzurum” şadlıq evinin yanındakı yeni möhtəşəm bina
16. Hərbi Hospitalla üzbəüz Azər Əliyev küçəsi 40-cı bina ilə üzbəüz 3 dəbdəbəli villa.
17. Tibb Universiteti ilə üzbəüz Səməd Vurğun küçəsi 116-da yerləşən restoran.

Politika.Az-ın xəbərinə görə, deputatı nə büdcə müzakirələrində, nə Tarif Şurasının qərarlarında, nə də Balakəndəki qərargahında görmək oldu. Seçicilər xahiş edirlər ki, deputat narahatlığa son qoysun, harada fəaliyyət göstərdiyini açıqlasın.

Dəfələrlə “lal” deputat rubrikasında müxtəlif mandat sahibləri haqda arayış təqdim etmişik. Hətta onların arasında da son qərarlar barəsindən çıxış edənlər və etirazını bildirənlər oldu. Amma Balakənin deputatının başının nəyə qarışdığı aydın deyil.

Onun başçı olduğu dövrdə qanunsuz torpaq satışı, dövlət məmuru ola-ola biznes fəaliyyəti ilə məşğul olmaq, vətəndaşların hüquqlarını addımbaşı pozmaq, yaşıl soyqırımı genişləndirmək kimi saysız hesabsız əməlləri var.

“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
“Veysəloğlu”  “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər  37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
A ç ı q l a m a
A ç ı q l a m a
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
Elm və təhsil naziri Xocalıda məktəb açılışında