veten informasiya agentliyi

Türkiyə bu gün Qələbə bayramını qeyd edir

Tarix:30-08-2018, 11:05
Baxış Sayı:455

Türkiyə bu gün Qələbə bayramını qeyd edir















Türkiyə bu gün Qələbə bayramını qeyd edir.
Bayram hər il 30 avqust tarixində qeyd edilir. Qardaş dövlətin milli bayramı 1922-ci ilin 30 avqust tarixində Mustafa Kamal Paşanın rəhbərliyi ilə başlayan və qələbə ilə nəticələnən Böyük Hücumun anım günüdür.

Böyük Hücum Atatürkün komandanlığı altında edildiyi üçün Baş Komandanlıq Meydan Müharibəsi kimi də tanınır. Hücum uğurla başa çatdıqdan sonra yunan orduları İzmirə qədər təqib edilir və 1922-ci ilin 9 sentyabr tarixində İzmir işğaldan azad edilir. Bununla da bütün türk torpaqları yunan işğalından qurtulur.

İşğalçı qüvvələrin ölkə sərhədlərini tərk etməsi sonradan baş versə də, 30 avqust simvolik olaraq qələbə günü kimi təsis edilib. İlk dəfə 1924-cü ildə Afyonda Baş Komandan Zəfəri adı ilə keçirilən 30 avqust günü 1926-cı ildən Türkiyədə Zəfər Bayramı kimi qeyd edilir.
Böyük Hücum (Büyük Taarrüz) Qurtuluş Savaşı zamanı türk ordusunun işğalçılara son və dəqiq zərbəsini təmin etmək, Anadoludan çıxarmaq üçün düşünülüb planlaşdırılan gizli bir hərəkat idi.

Türkiyə Böyük Millət Məclisinin 1922-ci ilin 20 iyul tarixindəki iclasında Mustafa Kamal Payaşaya dördüncü dəfə baş komandanlıq səlahiyyəti verilib. Paşa isə hücum qərarını iyun ayında almış və gizli şəkildə hazırlıqlara başlamışdı.

Avqustun 26-dan 27-nə keçən gecə hücum Afyonda başladı. Aslıhan ətrafında mühasirəyə düşən düşmən birlikləri Dumlupınar Meydan Müharibəsində darmadağın edilir. Bununla da türk ordusu qələbə qazanır.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?