veten informasiya agentliyi

Adnan Oktarın “kediciklərinin” otağı ilk dəfə görüntüləndi – Şok fotolar

Tarix:6-08-2018, 11:21
Baxış Sayı:459

Adnan Oktarın “kediciklərinin” otağı ilk dəfə görüntüləndi – Şok fotolar

Özünü din xadimi kimi təqdim edən, əslində isə mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən Adnan Oktarın 30 il yaşadığı və təşkilatın qərargahı kimi istifadə edilən villası istintaq əməliyyatlarından sonra ilk dəfə görüntülənib.

Publika.az xəbər verir ki, 70 təhlükəsizlik kamerası olan villada Adnan Oktar və müridlərinin lüks həyatı deşifrə edilib.

Müridlərin istifadəsində olan bütün otaqlarda yüzlərlə vitamin kapsulu və dərman tabletləri tapılıb.

Villanın qarajında isə nəhəng şüşə qoruyucularda lüks idman alətləri aşkarlanıb. Adnan Oktarın “aslancık” adlandırığı kişi müridləri ideal bədən quruluşunu qorumaq üçün bu alətlərdən istifadə edib. “Kedicik”lərin otağında isə bahalı geyimlər və ayaqqabılar diqqət çəkib. Qadınlara aid otaqlarda çox sayda pişik bəslənilib. Bu otaqlardan birinin qapısından asılan “qapını açıq saxlamayın, qaça bilərik” yazısı təşkilatda qadınların zorla saxlanıldığına dair gizli mesaj kimi şərh edilib.

Qeyd edək ki, Adnan Oktar və 234 müridinə qarşı 20-dən çox ittihamla istintaq işi açılıb. Adnan Oktar mütəşəkkil cinayətkar dəstə qurmaq, qadın alveri, antimilli fəaliyyətlər, casusluq, çirkli pulların yuyulması, azyaşlılarla cinsi əlaqə kimi qanunsuzlarda ittiham edilir.

Adnan Oktarın “kediciklərinin” otağı ilk dəfə görüntüləndi – Şok fotolarAdnan Oktarın “kediciklərinin” otağı ilk dəfə görüntüləndi – Şok fotolar

Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış