veten informasiya agentliyi

Putinlə Ərdoğan belə zarafatlaşdı: "Siz məni restorana dəvət edəcəyinizə söz veribsiz..."

Tarix:27-07-2018, 09:38
Baxış Sayı:471

Putinlə Ərdoğan belə zarafatlaşdı: "Siz məni restorana dəvət edəcəyinizə söz veribsiz..."














Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Yohannesburqda görüşündə zarafatlaşıb.

Putin Rusiya ətinin Türkiyəyə çatdırılması başlananda Ərdoğanın restoran dəvətini qəbul edəcəyini bildirib.

"Siz məni restorana dəvət edəcəyinə söz vermişdiniz”, - Putin deyib.

"Mən dəvət edirəm”, - Ərdoğan ona cavab verib.

"Biz razılaşdıq ki, siz ət məhsulumuzu bazara buraxmağa başlayanda və restoranda bizim ət yeməklərimiz olanda, onda nahar eləyəcəyik”, - Putin yumorla cavab verib.

"Mən böyük məmnuniyyətlə, sizi gözləyəcəyəm”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Yohannesburqda BRİKS sammiti çərçivəsində Ərdoğan və Putin arasında görüş keçirilib. Türkiyə lideri iki ölkə arasında əlaqələrin bütün istiqamətlərdə müsbət inkişaf etdiyini və hətta bunun başqaların paxıllığına səbəb olduğunu deyib.

"Biz fikir veririk və görürük ki, bizim əməkdaşlığımız kənardan başqalarının paxıllığına səbəb olur”, - Türkiyə prezidenti qeyd edib/Publika.az.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı