veten informasiya agentliyi

Dağlıq Qarabağda da inqilab başladı - VİDEOLAR

Tarix:4-06-2018, 11:15
Baxış Sayı:483

Dağlıq Qarabağda da inqilab başladı - VİDEOLAR














İşğal altındakı Dağlıq Qarabağda, Xankəndində ötən gün yerli xüsusi xidmət orqanlarının xüsusi təyinatlıları tərəfindən iki nəfərin xüsusi qəddarlıqla döyülməsi spontan kütləvi aksiyalara səbəb olub.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, xüsusi təyinatlıların qrupu iki nəfər arasında davaya qarışıb və onları bərk döyüb.

Döyülənlər xəstəxanaya yerləşdirilib. Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq “milli təhlükəsizlik xidmətinin” xüsusi təyinatlılarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Toplaşanlar yolu bağlayıblar və saatlarla nəqliyyatın hərəkətini dayandırıblar.

Bildirilir ki, Dağlıq Qarabağın “milli təhlükəsizlik xidməti”nin xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldur, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərir.

Vəziyyətin getdikcə gərginləşdiyini görərək etirazçıların qarşısına qondarma “DQR hökumətinin” yüksək vəzifəli nümayəndələri çıxıblar. Onlar etirazçıları əmin etməyə çalışıblar ki, “prezident” Bako Saakyan günahkarları cəzalandıracaq. Lakin toplaşanlar dağılışmayıblar və yolu açmayıblar. Nəhayət bir neçə saat sonra etirazçıların 9 nəfərdən ibarət nümayəndələrini Saakyan qəbul edib. Onlara hadisənin araşdırılacağı və günahkarların cəzalandırılacağı sözü verilib. Bundan sonra etirazçılar dağılışıblar və bu gün saat 11-ə qədər hakimiyyətə vaxt veriblər.

Erməni ekspert Tiqran Karapetyan Facebook-da yazıb ki, Qarabağdakı “hakimiyyətin” başçısı Bako Saakyan Ermənistanda Serj Sərkisyanın aqibətini yaşaya bilər. Çünki Dağlıq Qarabağda da rejim hər cür qanunsuzluqlarla məşğuldur. Lakin onun bildirdiyinə görə güc strukturlarının rəhbərləri Bako Saakyana təzyiq edirlər ki, etirazçılara güzəştə getməsin. Çünki bu kapitulyasiya deməkdir.

“Soros” fondu ilə bağlı olan amerikalı ekspert Coşua Kuçera da Dağlıq Qarabağda baş verənləri şərh edib. Onun sözlərinə görə, insanlar Ermənistanda baş verənlərdən ruhlanıblar və Nikol Paşinyanın taktikası ilə hərəkət edirlər-mərkəzi yolları, küçələri bağlayırlar. “Etirazlar bütün Qafqazı bürüyəcək”-Kuçera özünün Tvitter-bloqunda yazıb.



Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər