veten informasiya agentliyi

“Ermənistan-Türkiyə protokolları kağız üzərində qaldı” — Serj Sarkisyan

Tarix:18-02-2018, 10:55
Baxış Sayı:747

“Ermənistan-Türkiyə protokolları kağız üzərində qaldı” — Serj Sarkisyan














Türkiyə Ermənistanla sərhədi bağlı saxlamaqda davam edir.
AZTB.info “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.

“Zaman burada, sanki, dayanıb. Əminliklə deyə bilərəm ki, vəziyyəti nizamlamaq məqsədilə Ermənistan əlindən gələni edib. Mənim təşəbbüsümlə başlanmış Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi ölkələrimiz və bölgə üçün yeni imkanlar yarada bilərdi. Lakin, münasibətlərinin normallaşdırılmasına dair Ermənistan-Türkiyə protokolları kağız üzərində qaldı”, - deyə Serj Sarkisyan bildirib.

Sarkisyan vurğulayıb ki, Türkiyə nəinki bu protokolları ratifikasiya etməyib, hətta, sənədlərə heç bir aidiyyəti olmayan ilkin şərtlər irəli sürüb.
“Bu, tarixi fürsətin əldən verilməsindən başqa bir şey deyil”.
“Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına Azərbaycan mane olurmu? Xeyr. Əsas maneə Türkiyə liderlərində siyasi iradənin olmamasıdır. Biz daim Türkiyədən cavab addımlarının atılmasını gözləyə bilmərik. Protokollar mövcud şəraitə əsaslanaraq imzalanmışdır”, - deyə Sarkisyan bildirib.

O, qeyd edib ki, Türkiyə protokolların ratifikasiyası üçün yeni şəraitin yaranmasını gözləmək niyyətindədirsə, yanılır. Yeni şəraitdə danışıqlar artıq yeni sənəd üzrə aparılmalıdır. Ermənistan ilkin şərtlər irəli sürmür və heç kimdən ilkin şərtləri qəbul etməyəcək.

NOVRUZ ASLANOV ZİYALILIĞI
NOVRUZ ASLANOV ZİYALILIĞI
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış