veten informasiya agentliyi

“Zeytun budağı” əməliyyatında terrorçulara ağır zərbə — 616 nəfər öldürüldü

Tarix:30-01-2018, 10:35
Baxış Sayı:797

“Zeytun budağı” əməliyyatında terrorçulara ağır zərbə — 616 nəfər öldürüldü














Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” əməliyyatını uğurla davam etdirir.
Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Bildirilib ki, keçirilən əməliyyat nəticəsində 616 terrorçu məhv edilib. Terrorçulara aid 63 hədəf vurulub.

“Gün ərzində SQ tərəfindən keçirilən əməliyyat nəticəsində PKK, YPQ, PYD və İŞİD-ə məxsus sığınacaqlar, silah anbarı, atəş nöqtələri kimi istifadə olunan 63 hədəf məhv edilib. Əməliyyatda iştirak edən 14 təyyarə bazaya qayıdıb. Əməliyyat başlayandan indiyədək PKK, YPQ, PYD və İŞİD-ə məxsus 616 terrorçu zərərsizləşdirilib. "Zeytun budağı" əməliyyatı planlaşdırıldığı kimi uğurla davam edir", – deyə məlumatda bildirilir.
Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

Əməliyyata ilk öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd “ F-16” təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələrilə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər.

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər