veten informasiya agentliyi

Trampın prezident kimi xalqa ilk müraciəti

Tarix:21-01-2017, 11:07
Baxış Sayı:753

ABŞ-ın 45-ci prezidenti Donald Trampın inauqurasiya tədbiri baş tutdu

Tramp Avraam Linkolnun "İncil"-inə and içdi.

Onun andını ABŞ-ın Ali Məhkəməsinin sədri Con Roberts qəbul edib. Binanın qarşısına yeni prezidentin 300 min tərəfdarı toplaşıb. Avraam Linkolnun "İncil"-i 1853-cü ildə nəşr edilib. Kitabı prezidentin qarşısında Melaniya Tramp tutub. Andiçmədən sonra Tramp xalqa müraciət edib. Müraciətə əsasən, ABŞ bundan sonra digər dövlətlərlə dostluğa can atacaq.

45-ci prezidentin çıxışından sətirlər: "Bu günkü tədbir böyük əhəmiyyət kəsb edir. Bu əhəmiyyət bir prezident administrasiyasının səlahiyyətləri digərinə təhvil verməsi ilə bağlı deyil. Bu gün biz hakimiyyəti Vaşinqtondan alırıq. Uzun müddət bir qrup insan imkan əldə etsə də, sadə xalqı düşünmürdü. Vaşinqton inkişaf edirdi, amma insanlara bu var-dövlətdən pay düşmürdü. Siyasətçilər inkişaf edirdi, amma iş yerləri azalırdı. İstebliçment özünü müdafiə etsə də, ölkə vətəndaşını müdafiə etmirdi. Onların qələbəsi sizin qələbə deyildi. Onlar qələbələrini paytaxtda qeyd edəndə kasıb əhali problemlərlə qarşılaşırdı. Bütün bunlar burada və indi dəyişəcək. Çünki bu an sizə məxsusdur. Bu gün bura toplaşanlara məxsusdur. Bu gün bu tədbiri izləyənlərə məxsusdur. Bu sizin gününüzdür. Bu sizin bayramınızdır. ABŞ sizin ölkənizdir".

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?