veten informasiya agentliyi

Türkiyənin məşhur teleaparıcısı qətlə yetirildi – FOTO, VİDEO

Tarix:28-08-2017, 10:17
Baxış Sayı:632

Türkiyənin məşhur teleaparıcısı qətlə yetirildi – FOTO, VİDEO














Türkiyənin məşhur teleaparıcısı qətlə yetirilib.

Musavat.com milliyet.com-a istinadən xəbər verir ki, 43 yaşlı Vatan Şaşmaz keçmiş model, 55 yaşlı Filiz Akerin açdığı atəş nəticəsində ölüb. Filiz Aker daha sonra silahı başına dayayaraq özünü öldürüb.

İddiaya görə, Vatan Şaşmaz onu öldürən modellə sevgili olub və 1 aydır ki, onunla Beşiktaşdakı məşhur bir otelin 10-cu mərtəbəsində qalırmış. Məlumata görə, cütlük əvvəlcə otel otağında mübahisə etməyə başlayıb. Bu vaxt Filiz Aker otaqdan çıxmaq istəyən Vatan Şaşmaza 4 dəfə atəş açıb. Teleaparıcı hadisə yerində ölüb. Bundan sonra Filiz Aker silahı özünə tuşlayıb və atəş açıb.

Səsi eşidən otel işçiləri qapını qıraraq içəri girib və qorxunc mənzərə ilə qarşılaşıblar. Bildirilir ki, Vatan Şaşmazın cəsədi qapının yanında, Filiz Akerin cəsədi isə yataqda olub.

Qətl hadisəsi ilə bağlı bir nəfərin saxlanıldığı idda olunsa da, daha sonra bu iddia prokurorluq tərəfindən təkzib olunub. İstanbul Baş Prokurorluğu hadisə ilə bağlı açıqlama verərək, istintaq başlandığını, otel otağında araşdırma ağarıldığını bildirib.

Açıqlamada həmçinin cinayətlə bağlı şahidlərin ifadəsinin alındığı, cəsədlərin ekspertiza üçün tibbi ədliyyəyə göndərildiyi qeyd olunub.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı