veten informasiya agentliyi

Ağrı kəsici deyə aldığı krem cinsi istəyi artırırmış: Şirkət "Ağrı da kəsir" dedi - FOTO

Tarix:25-07-2017, 10:03
Baxış Sayı:802

Ağrı kəsici deyə aldığı krem cinsi istəyi artırırmış: Şirkət "Ağrı da kəsir" dedi - FOTO














İstanbulda yaşayan Zeynep İ. çiyini ağrıyan anası üçün peykdən yayımlanan telekanalların birində ağrı kəsici krem ​​görüb, sifariş verməsi ilə başına iş açıb.

Milli.Az Vatan-a istinadən xəbər verir ki, Zeynep İ. İstanbulda prokurorluğa təqdim etdiyi şikayət ərizəsində bunları yazıb:

"3 qutu sifariş verdim. 1 qutu qiyməti 40 TL ikən, 3 qutuya görə 100 TL istədilər. Razı qalmazsam, məhsulu 1 həftə içində geri qaytara biləcəyimiz və ödənişi geri alacağımızı bildirdilər. Karqo ilə gələn qutunu açanda içində 3 qutu bir damcı idi. Danışanda damcı yox idi . Şübhələndim. İstifadəsi haqda bildiriş kağızı da yox idi. Tanıdığım aptekdən soruşdum. Kremin qadını ehtiraslandırmaq üçün, damcının da cinsi istəyi artırıcı olduğunu öyrənincə şok oldum. Sifariş verdiyim nömrəyə zəng edərək kremi səhv göndərdiklərini, ağrı kəsici krem ​​istədiyimi söylədim. Mənə, '"Kremi sürt, fərq etməz, o da ağrı kəsir. Öyrəşəndə zövq alaraq sürtərsən" kimi axmaq cavab verərək telefonu söndürdülər. Həm təhqir etdilər, həm də aldatdılar. Pul əhəmiyyətli deyil, amma mənimlə lağ edərək danışmaları pis təsir etdi. Şirkətin rəhbərini və danışdığım adamın cəzalandırılmasını istəyirəm".

NOVRUZ ASLANOV ZİYALILIĞI
NOVRUZ ASLANOV ZİYALILIĞI
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış