veten informasiya agentliyi

Parisdə “Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” mövzusunda konfrans keçirilib

Tarix:24-09-2022, 18:09
Baxış Sayı:184

Parisdə “İrəvan şəhərində Azərbaycanın sonuncu mədəni-tarixi irsinin, qədim Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” mövzusunda konfrans keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan konfransda Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, Ermənistanın Azərbaycanlı İcmasının üzvü, hüquqşünas, politoloq Zaur Sadıqbəyli çıxış edib. O, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixi ilə bağlı müfəssəl məlumat verib. Azərbaycanın müxtəlif dövrlərdəki xəritələrini nümayiş etdirib, qədim əcdadlarımızın yurdlarından qovulduğuna diqqəti cəlb edib.

Zaur Sadıqbəyli təəssüflə nəzərə çatdırıb ki, bir qrup azərbaycanlı məktubla UNESCO-ya müraciət etsə də, qurum indiyədək müraciətə cavab verməyib və bu mövzuda susmağa üstünlük verib.

Tədbirdə çıxış edən digər məruzəçilər – Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov, Strateji Kommunikasiyalar Mərkəzi Assosiasiyası direktorunun köməkçisi Əli Abdullayev, UNESCO-nun insan hüquqları və informasiya hüququ kafedrasının müdiri Əmir Əliyev Ermənistanda soydaşlarımıza qarşı aparılan etnik təmizləmə siyasətindən, azərbaycanlıların mərhələli şəkildə qovulmasından, Azərbaycanın işğal olunmuş ərazilərində, eləcə də Ermənistanda xalqımıza məxsus tarixi, mədəni abidələrin yerlə-yeksan edilməsindən, mandatı mədəni irsi qorumaq olan UNESCO-nun bu cinayətlərə laqeyd münasibətindən danışıblar.

Bu istiqamətdə aparılan tədqiqat işlərindən, arxivlərdən söz açılıb, “İrəvan şəhərində Azərbaycanın sonuncu mədəni-tarixi irsinin, qədim Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” adlı kitab təqdim edilib.

Konfransda Ermənistanın Azərbaycana qarşı apardığı urbisid, kultursid və ekosid siyasətini əks etdirən müvafiq videolar nümayiş olunub.

Tədbirin sonunda konfrans iştirakçılarının sualları cavablandırılıb. Konfrans çərçivəsində təşkil edilmiş sərgidə Azərbaycanın İrəvanda dağıdılmış tarixi və mədəni irsinin fotoları nümayiş olunub.

Konfrans ölkəmizin Fransadakı səfirliyi, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi və bu qurumdakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, erməni radikal qrupu konfransın keçirilməsinə mane olmağa cəhd göstərsə də, Fransa polisi onların qarşısını alıb.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib

Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib

Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb