veten informasiya agentliyi

Sarkisyandan son Qarabağ şərti

Tarix:20-05-2017, 10:46
Baxış Sayı:616

Sarkisyandan son Qarabağ şərti

















Erməni lider işğal edilmiş rayonların geri qaytarılmasından danışdı

Öl­kə­nin ye­ni par­la­men­ti­nin bi­rin­ci ic­la­sın­da Er­mə­nis­tan pre­zi­den­ti Serj Sar­kis­ya­nın çı­xı­şı Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­za­ma sa­lın­ma­sın­da er­mə­ni si­ya­si rəh­bər­li­yi­nin ir­ti­ca­çı möv­qe­yi­ni ye­ni­dən nü­ma­yiş et­dir­di. Bir da­ha mə­lum ol­du ki, S.Sar­kis­yan gü­zəşt­lə­rə ha­zır de­yil. Bun­dan baş­qa, er­mə­ni pre­zi­den­ti ATƏT-in Minsk Qru­pu­nun hi­ma­yə­si al­tın­da uzun­müd­dət­li pro­ses­lə­rin və da­nı­şıq­la­rın ge­di­şa­tın­da for­ma­laş­dı­rıl­mış sülh ni­zam­lan­ma­sı­nın bü­tün əv­vəl­ki prin­sip­lə­ri­ni də rədd et­di.

S.Sar­kis­ya­nın söz­lə­ri­nə gö­rə, Qa­ra­ba­ğın iş­ğal zo­na­sın­da se­pa­rat­çı mü­ba­ri­zə "ye­ga­nə doğ­ru yol­dur": "Bu gün, 1988-ci il­də ol­du­ğu ki­mi, öz mü­qəd­də­ra­tı­nı tə­yin et­mək üçün mü­ba­ri­zə ən doğ­ru yol­dur. Art­sax xal­qı­nın öz mü­qəd­də­ra­tı­nı tə­yin et­mə hü­qu­qu­nu re­al­laş­dır­ma­sı­nın və təh­lü­kə­siz­li­yi­nə zə­ma­nət ya­rat­ma­sı­nın al­ter­na­ti­vi yox­dur. Bu möv­qe da­nı­şıq­lar pro­se­sin­də də əks olu­nub".

Onun söz­lə­ri­nə gö­rə, Qa­ra­bağ mü­na­qi­şə­si­nin in­di­yə qə­dər ni­za­ma sa­lın­ma­ma­sı­nın gü­nah­ka­rı Er­mə­nis­tan və ya bey­nəl­xalq va­si­tə­çi­lər de­yil. Gu­ya da­nı­şıq­lar pro­se­sin­də möv­cud sta­tus-kvo­nun sax­lan­ma­sı­nı dəs­tək­lə­yən və bu­nu giz­lət­mə­yən Azər­bay­can­dır.

Er­mə­nis­tan pre­zi­den­ti, həm­çi­nin, de­yib ki, sta­tus-kvo­nun də­yiş­mə­si­nin yo­lu Dağ­lıq Qa­ra­ba­ğın müs­tə­qil­li­yi­nin Azər­bay­can tə­rə­fin­dən ta­nın­ma­sı və er­mə­ni xal­qı­nın öz mü­qəd­də­ra­tı­nın tə­yi­nin­dən ke­çir: "Azər­bay­ca­nın an­ti­er­mə­ni si­ya­sə­ti­ni ney­tral­laş­dır­maq üçün bey­nəl­xalq are­na­da da­ha fə­al si­ya­sət apa­rıl­ma­lı­dır". Onun söz­lə­ri­nə gö­rə, bu, Azər­bay­can tə­rə­fin­dən da­im tə­şəb­büs gös­tə­ri­lən bə­yan­na­mə və la­yi­hə­lə­rin sa­yı­nın azal­dıl­ma­sı üçün la­zım­dır.

O bil­di­rib ki, apa­rı­lan sülh da­nı­şıq­la­rın­da və­ziy­yət fərq­li­dir və ma­sa­nın üzə­rin­də Ka­zan prin­sip­lə­ri var. Pre­zi­den­tin bu açıq­la­ma­sı­nı özü­nə­məx­sus şə­kil­də şərh edən er­mə­ni me­dia­sı bil­di­rir ki, Sar­kis­ya­nın bu bə­ya­na­tı Er­mə­nis­ta­nın Mad­rid prin­sip­lə­rin­dən im­ti­na et­di­yi an­la­mı­na gə­lir.

Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM