veten informasiya agentliyi

Obama qırmızı telefonla Putinə zəng etdi — "Belə etmə, müharibə başlayar"

Tarix:21-12-2016, 11:00
Baxış Sayı:509

Obama qırmızı telefonla Putinə zəng etdi — "Belə etmə, müharibə başlayar"

ABŞ prezidenti Barak Obama qırmızı telefonla Putinə zəng edərək haker məsələsini müzakirə edib.

Obama Moskva və Vaşinqton arasında qaynar xətt rolunu oynayan qırmızı telefondan istifadə edərək Rusiya prezidentindən seçki prosesinə müdaxilə etməməyi tələb edib. Bu barədə Qərbin nüfuzlu NBC kanalı iddia edib.

İddiaya görə, Obamanın məsləhətçilərindən biri prezidentə haker hücumları ilə əlaqədar olaraq Putinlə əlaqə saxlamağı məsləhət görüb. Amerikalı lider isə onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirmək istəməyib və Moskvanı prezident seçkilərinə müdaxilə etməyin fəsadları barədə xəbərdar edib. İddiaya görə, liderlər arasında telefon danışığı 31 oktyabr tarixində olub. Sonuncu danışıqda Obama hərbi münaqişə terminindən istifadə edib.

Obamanın 31 oktyabrda göndərdiyi mesajda bu cümlə var: "Hərbi münaqişələrə aid beynəlxalq hüquq və qanunlara əsasən, münaqişələr kiber sahədəki fəaliyyətlərə görə də qızışa bilər".

Obama qeyd edib ki, ABŞ Rusiyanın hərəkətlərini bu standartlara uyğun olaraq qiymətləndirəcək.

Ağ Evdə Obamanın qırmızı telefondan istifadə etdiyi barədə iddia öz təsdiqini tapıb.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb