veten informasiya agentliyi

Rusiya Əsədin əsgərlərini və silah anbarını DARMADAĞIN ETDİ – İdlibdən SON DƏQİQƏ

Tarix:3-03-2020, 11:05
Baxış Sayı:548

Rusiya Əsədin əsgərlərini və silah anbarını DARMADAĞIN ETDİ – İdlibdən SON DƏQİQƏ


Türkiyə Silahlı Qüvvələrinin “Bahar qalxanı” əməliyyatları çərçivəsində 4 günlük müdaxiləsi Suriyada balansları dəyişdirib.

Suriyalı müxaliflər İdlib şəhərinin cənubundakı Cəbəl Zayiyə bölgəsində ötən gün başlatdıqları əməliyyatı tamamlayıb.

9 kəndi işğaldan xilas edən müxaliflər bölgəni tamamillə ələ keçirib. Türk ordusunun Silahlı Pilotsuz Uçuş Aparatları ilə dəstəklədiyi əməliyyatda rejim və dəstəkçiləri kəndləri boşaldaraq qaçıb.

TSQ müxaliflərə dəstək verir

Bununla yanaşı, İdlibin Kəfrənbel qəsəbəsində də müxaliflərin əməliyyatları davam edir. Qəsəbənin bir hissəsi müxaliflərin əlinə keçib. Bənzər mənzərə Həmanın Əl-Qab bölgəsində yaşanıb. Müxaliflər hərbi hava qüvvələri üstünlüyünü itirən rejimə ağır zərbələr endirib. TSQ-nın köməyi ilə daha 9 kənd rejimdən alınıb.

Strateji əhəmiyyətə sahib Sərakib Suriyada savaşın fokus nöqtəsi olub. Rejim və dəstəkçiləri psixoloji üstünlük qazanmaq üçün qəsəbəyə bütün qüvvəsi ilə hücuma keçib. Rusiyanın muzdlu döyüşçülərinin gətirildiyi qəsəbə elə rus ordusu tərəfindən ağır bombardman edilib. Müxaliflər burada geri çəkilmək məcburiyyətində qalıb.

Rusiya yanlışlıqla vurdu

Türk ordusunun SPUA-ları silahla dolu iki yük maşını və raketatıcını məhv edib. Qəsəbnin 20 km şimalındakı rejimə aid 1 sursat anbarı məhv edilib. Rusiyanın hərbi hava qüvvələri yanlışlıqla rejimə aid daha bir sursat anbarını göyə uçurub. Çox sayda əsgər ölüb. Müxaliflərin Sərakibdə pusquya saldığı 20 nəfərlik rejim qrupu zərərsizləşdirilib.

Hizbullah qaçmağa məcbur oldu

Sərakibdə rejimin cəbhəsində savaşan Hizbullah Türkiyə Silahlı Qüvvələrini yaşatdığı şokdan ayıla bilməyib. Ərəb mediasında yer alan iddiaya görə, cəbhə xəttində sıxışan Hizbullah türk ordusu ilə döyüşü dayandırmaq, ölü və yaralılarını təxliyə etmək üçün Livan və İrandan vasitəçilik etməsini istəyib.

Bu çərçivədə Livan İctimai Təhlükəsizlik Bürosunun sədri Abbas İbrahim Ankaraya gələrək Milli Kəşfiyyat Təşkilatında toplantıya qatılıb. General ölü və yaralıların təxliyəsi üçün Türkiyədən yardım istəyib.

Türk ordusunun genişmiqyaslı hücumundan sonra Suriya rejimi Hizbullahı döyüş meydanında qoyaraq geri çəkilib. (publika.az)

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?