veten informasiya agentliyi

Trampın Türkiyə barədə bəyanatına sevinənlərin sevinci uzun sürmədi

Tarix:4-07-2019, 09:54
Baxış Sayı:550

Trampın Türkiyə barədə bəyanatına sevinənlərin sevinci uzun sürmədi

Ərdoğan-Tramp görüşünə baxmayaraq, geriyə addım atılmayacaq”

ABŞ Prezidenti Donald Tramp Yaponiyadakı G20 sammiti zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə Ankaranın Rusiyadan S-400 hava müdafiə sistemi almasına dair müsbət mesajlar versə də, Vaşinqton rəhbərliyinin sanksiya qərarından geri addım atmayacağı qeyd olunub.

“Reuters”ə danışan ABŞ rəsmiləri Ağ Evin Türkiyəyə sanksiya tətbiq etmək və F-35 proqramından çıxarmaq planında bu ana qədər bir dəyişiklik olmadığını bildiriblər.

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü, “ABŞ S-400-ü satın alacağı təqdirdə CAATSA qanununa görə sanksiyalara məruz qalacağını, F-35 proqramının gündəlikdən çıxarılması daxil olmaqla ciddi və mənfi nəticələrlə qarşılaşacağını Türkiyəyə ardıcıl və aydın şəkildə bildirilib” – deyə açıqlama verib.

Pentaqonun sözçüsü, polkovnik-leytenant Maykl Endryus də qeyd edib ki, dəyişən bir şey yoxdur: “Türkiyənin Rusiya istehsalı olan hava və raket müdafiə sisteminə sahib olması F-35 proqramı ilə uyğunsuzdur. Türkiyənin iki sistemə birdən sahib olmasına imkan vermək”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Osakada keçirilən G20 sammitində Türkiyə Prezidenti Ərdoğanla bir araya gəlmişdi. Görüşdən sonra Tramp keçirdiyi mətbuat konfransında Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi almağa məcbur edildiyinin bildirmişdi. Bu məsələdə sələfi – keçmiş ABŞ Prezidenti Barak Obamanı günahlandıran Tramp Türkiyəyə qarşı ədalətli davranılmadığını qeyd etmişdi.

Prezident Ərdoğan da G20 sammitindən sonra verdiyi açıqlamada Trampın dediklərinin ardından, mümkün sanksiyalara dair şərh vermişdi: “Belə bir şeyin olmayacağını da Trampın özündən eşitdik”.(ayna.az)

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı