veten informasiya agentliyi

Bələdiyyə sədrinin hoqqabazlığı... - Sakinləri çətin duruma salıb

Tarix:7-02-2017, 11:53
Baxış Sayı:647

Redaksiyamıza müraciət edən Göyçay rayon Mirzəhüseyinli kənd sakinləri yerli bələdiyyənin özbaşınalığından giley edirlər. DİA.AZ olaraq həmin şikayət məktubunu təqdim edirik:

"Göyçay rayon Mirzəhüseyinli kənd sakinlərinə məxsus əkin torpaq sahələri bələdiyyə sədri Səyyaf Səmədovun cinayət əməllərinə görə məhv olur. Mirzəhüseyinli kəndinin əkin torpaqlarının suvarılması üçün 1986-cı il tarixdə sovetlər dönəmində Şirvan kanalından uzunluğu 5000 metr olan nikkel metalından yeraltı boru xətti çəkilmişdir.Həmin boru vasitəsi ilə biz Mirzəhüseyinli kənd sakinləri əkinlərimizi rahatca sulayırdıq.Mirzəhüseynli bələdiyyəsinin sədri Səyyaf Səmədov həmin 5000 metr nikkel metalından olan boruları 2 ay öncə saxta akt tərtib edərək texnikalarla qazıb çıxartdırıb satıb talan etmişdir.Həmin talançılıqdan 100.000 manatdan çox gəlir əldə eilmişdir.Nəticədə isə Mirzəhüseyinli kənd camaatının əkin sahələrinin suvarılması dayandırıldı texnikalar əkin yerlərini qazıb taxılı məhv etmişdir.Bu misli görünməmiş cinayətdir ki, bələdiyyə sədri Səyyaf Səmədov həyata keçirmişdir.Həmin torpaqlar bizə aqrar islahatlar zamanı verilmişdir.Qanunu sənədlərimizdə var.Hər il əkib-becərib ailəmizi dolandırırdıq. Başqa iş yerimiz yoxdur ümüdümüz ancaq əkinçiliyə idi.Qarşıdan gələn yaz-yay fəsillərində biz əkinlərimizi sulaya bilməyəcəyik.Bu da kənd sakinlərinin acından məhv olmasına gətirib çıxaracaq.Çıxılmaz vəziyyətdə qalmışıq".

Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "Bələdiyyə sədri Səyyaf Səmədov Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşxəndə Rəcəbovanın qudasıdır.Buna görə də bu cinayəti bələdiyyə sədri qorxmadan törətmişdir.Bildiririk ki, cinayətkar bələdiyyə sədri barədə tədbir görülməsə, Bakı şəhərinə Prezident Administrasiyasının qarşısına gedib sözümüzü çatdıracağıq.
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova müraciət edib xahiş edirik talançılıq cinayəti törədərək kənd sakinlərinə küllü miqdarda ziyan vurmuş Mirzəhüseyinli bələdiyyəsinin sədri Səyyaf Səmədovun barəsində ciddi tədbirlər görəsiniz.

Azadov Vasif Nizami oğlu
Mustafayev Vüqar Surxay oğlu
Hacıyev Fərid Əlimuxtar oğlu
Əhmədov Tərlan Vidadi oğlu
Soltanov Həmid Feyzulla oğlu
Süleymanov Füzuli Süleyman oğlu
Əliyev Coşqun Firuddun oğlu
Əliyev Vüsal Firuddun oğlu
İsmayılov Amil Alik oğlu
Soltanov Zabit Eynulla oğlu
İsmayılov Nicat Etibar oğlu Kərimov Araz Qüdrət oğlu
Qurbanov Çingiz Qalib oğlu
İsmayılov Symur Miri oğlu
İsmayılov Tufan Ehtiram oğlu
Əliyev Rafiq Təvəkkül oğlu"

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib