veten informasiya agentliyi

NQÇİ-nin işçiləri pomidor əkir… – Zirədə

Tarix:3-05-2018, 11:22
Baxış Sayı:641

NQÇİ-nin işçiləri pomidor əkir… – Zirədə














SOCAR–ın Abşeronneft NQÇİ -də Şahmar Hüseynovun özəl qaydaları: idarənin işçiləri pomidor əkir, çobanlıq edir və s…


Mədənlərdə çalışmalı olan işçiləri şəxsi obyektlərində çalışdıran Şahmar Hüseynovun onların əmək haqqlarının da yarı faizinə sahib çıxdığı qeyd edilir. Bununla belə Şahmaq Hüseynovun Dövlət Neft Şirkəti İstehsalat Birliyinin Baş direktoru Daşqın İsgəndərovu əvəz edəcəyi barədə də söyləntilər var.
SOCAR – ın “Abşeronneft” neft və qazçıxarma idarəsində (NQÇİ) dövlət vəsaitinin mənimsənilməsi və digər qanun pozuntuları ilə bağlı saytımıza məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, idarənin rəisi Şahmar Hüseynov qohumlarını vəzifəyə yerləşdirməklə yanaşı, işçi kollektivinin də hüquqlqrını pozur.
Daxil olan məlumata əsasən idarə rəisinin Zirə qəsəbəsində yerləşən parnik və fermalarına cəlb edilən işçilər əslində “Abşeronneft”NQÇİ – də çalışan şəxslərdir. Mədənlərdə çalışmalı olan işçiləri şəxsi obyektlərində çalışdıran Şahmar Hüseynovun onların əmək haqqlarının da yarı faizinə sahib çıxdığı qeyd edilir.
Idarə rəisinin bu əməlinə görə mədənlərdə işçilərin sayı 4 və ya 5 nəfərə çatıb. Halbuki, bu say 20- yə yaxın olmalıdır. Bununla kifayətlənməyən Şahmar Hüseynov pensiya yaşına çatan işçiləri işdə saxlamaqla onların da əmək haqqlarını mənimsəyir.

NQÇİ-nin işçiləri pomidor əkir… – Zirədə











“Abşeronneft” neft və qazçıxarma idarəsində rəisin qanunsuz əməlləri və tələblərindən narazılıq edənlərin sayı artmaqdadır. SOCAR prezidenti Rövnəq Abdullayevə müraciət hazırlamaqda olan işçi kollektivinin qanunsuz və şəxsi işlərə cəlb edilməsi ilə bağlı daxil olan müraciətlər araşdırılır.
Şahmar Hüseynovun Zirə qəsəbəsində milyonlar hesabına başa gətirdiyi biznesinin və digər fəaliyyəti barədə faktları növbəti yazıda diqqətinizə çatdıracağıq. Mədən rəisi Baləli ilə işbirliyinə girərək NQÇİ – nin işçilərini başqa işlərə cəlb edən və mədənləri boş qoyan Şahmaq Hüseynovun qeyd olunanlarla bağlı münasibət bildirməsini gözləyirik.
Onu da bildirək ki, idarə rəisi yaxın zamanlarda yeni vəzifəyə təyinat alacağını və Dövlət Neft Şirkəti İstehsalat Birliyinin Baş direktoru Daşqın İsgəndərovu əvəz edəcəyini dilə gətirib. Rövnəq Abdullayevin yaxını kimi tanınan Ş.Hüseynovun dövlət vəsaitini talaması ilə bağlı faktlar isə araşdırılmır. (Realliqinfo.org)

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı