veten informasiya agentliyi

Mahir Quliyev Biləsuvarda Prezidenti necə aldatdı? – ŞOK İFŞA

Tarix:19-02-2020, 10:43
Baxış Sayı:569

Mahir Quliyev Biləsuvarda Prezidenti necə aldatdı? – ŞOK İFŞA


Ölkəmizin zəngin tarixi keçmişi olan ərazilərdən sayılan Biləsuvar rayonunda çox ciddi problemlər hökm sürməkdədir. Qeyd edək ki, rayonda cərəyan edən neqativ hadisələr, icra hakimiyyətinin başçısı Mahir Quliyevin və digər yerli məmurların törətdikləri özbaşınalıqlar haqqında məsələlər tez-tez mətbuatın gündəminə gəlir. Amma bütün tənqidlərə rəğmən, nə rayon rəhbəri, nə də digər yerli idarələrin rəsmi şəxsləri işlərindəki nöqsanlara son qoyurlar.

İlk öncə onu bildirək ki, əksər yazılarda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin fəaliyyətindən doğan ciddi narazılıqlar öz əksini tapmaqdadır. Əksər mənbələrin iddiasına görə, bu gün icra başçısının rəhbərlik etdiyi rayonun idarəçiliyində yol verdiyi ciddi nöqsanlar Biləsuvarın təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə kimi strateji əhəmiyyət kəsb edən sahələrini acınacaqlı bir duruma gətirib.

Mediada əks olunan yazılara əsasən redaksiya olaraq bildirək ki, bu gün Biləsuvarda müəyyən sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar bir çox hallarda Mahir Quliyevin təpgisi ilə üz-üzə qalmalı olurlar. Belə ki, rayonda azacıq da olsa inkişaf perspektivlərinə malik olan hər hansı biznes növü, dərhal icra başçısı və ya onun yaxınları tərəfindən nəzarətə götürülür. Təbii ki, iş adamlarına qarşı belə münasibətin sərgilənməsi əslində Azərbaycanda yürüdülən və sahibkarlığın inkişafını nəzərdə tutan dövlət siyasətinə tamamilə ziddir.

Lakin görünür bu məqam bəzi məmurları elə də narahat etmir. Bu xüsusda redaksiyamıza təqdim olunan bəzi məlumatlarda, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayonda açıq-aşkar dövlət siyasətinə qarşı addımlar atmaqda ittiham olunur. Hətta bəzi mənbələrin iddialarına görə, icra başçısı ölkə prezidentinin müvafiq göstərişlərinə zidd hərəkət edərək, rayonda sosial gərginliyin əmələ gəlməsinə şərait yaradır. Daxil olan məlumatlarda vurğulanır ki, bu gün Biləsuvarın iqtisadiyyatında elə bir sahə tapmaq mümkün deyil ki, həmin sahə Mahir Quliyevin “maraq dairəsinə” daxil olmasın. İcra başçısı rəhbərlik etdiyi rayonda bütün sahələrdə biznes şəbəkəsi formalaşdırmışdır.

Digər tərəfdən isə bəzi mənbələr Biləsuvar rayonunda dövlət tərəfindən ayrılan sosial yardımların da yoxsul, imkansız ailələrə deyil, vəzifə sahiblərinin yaxın qohum-əqrəbalarına yazılıb onlarla yarı bölündüyünü vurğulayırlar. Həmçinin rayon camaatının torpaq problemi də var. Əkinçiliklə məşğul olan kəndlilər maddi cəhətdən və texnika sarıdan əziyyət çəkirlər. Onlar üçün nəzərdə tutulmuş dövlət proqramları işləmir. Hazırda rayonda vətəndaşlara icarəyə verilmiş dövlət torpaqlarında ayrı-ayrı adamlar əkinçiliklə məşğuldur. Adı icarə müqaviləsində olan şəxsləri isə, yaxına belə buraxmırlar. Daxil olan məlumatlarda bildirilir ki, Mahir Quliyev icra başçısı təyin olunandan sonra rayonda özü üçün 1000 hektardan çox torpaq sahəsi ayırıb. Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı müavinlər və şöbə müdirləri də böyük torpaq sahələrini ələ keçiriblər. Şoran torpaqlarda əkinçiliklə məşğul olmağın heç də asan olmadığını bildirən biləsuvarlılar dövlət proqramlarından yararlanmaq istəyirlər. Amma kimsə onların müraciətlərinə əhəmiyyət vermir.

Başqa bir məlumatda isə bildirilir ki, Biləsuvar rayonuna kifayət qədər böyük məbləğdə dövlət vəsaitləri ayrılsa da rayonda ciddi heç bir iş görülmür. Buna görə də icra hakimiyyətinin fəaliyyətindən ciddi narazılıqlar var. Biləsuvar rayonunda məmur özbaşınalığı səngimir, əksinə hər gün demək olar ki, vətəndaşların hüquqları pozulur. Mənbənin bildirdiyinə görə icra başçısı Mahir Quliyev rayona ayrılan büdcə pullarının talan edilməsində addımbaşı ittiham olunur.

Mahir Quliyevin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri incitdiyini deyən mənbə vurğuladı ki, rayon rəhbəri həmin insanları başqa-başqa işlərə cəlb edir: “Rayonun bəzi hissələrinin abadlaşması işində yerli iş adamlarının köməyindən istifadə olunur. Sahibkarlar bu işi könüllü şəkildə yox, məcburiyyət qarşısında həyata keçirirlər. Rayon rəhbərliyi hər bir sahibkara müəyyyən işlər tapşırır. Kim bu tapşırıqları yerinə yetirməkdən imtina edirsə, ona qarşı təzyiq üsullarından istifadə olunur. İcra hakiminin özbaşına əməllərinə etiraz edən bəzi şəxslər obyektlərini bağlayıb rayonu tərk ediblər. Başçı rayonda sahibkarlığın inkişafına ciddi əngəl yaradır. Cənab prezident dəfələrlə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxslərinə sahibkarların fəaliyyətinə kənar müdaxilə etməmələrini tapşırsa da, Biləsuvarın icra başçısına sanki aidiyyəti yoxdur. O öz bildiyini edir. Hazırda rayonun təhsili və səhiyyəsi də məhv olmuş vəziyyətdədir. Təhsil sahəsi başçı üçün ən gəlirli sahə hesab olunur. Belə ki, rayon rəhbəri təhsil şöbəsinin müdiri ilə birlikdə dövlət vəsaitlərini küləyə sovurmaqla məşğuldur. Məktəblərdə şagirdlərə əlavə məşğələlər keçirilməsi adı altında büdcədən vəsait ayrılır. Halbuki nə belə bir məşğələ var, nə də ki, o məşğələyə gələn.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

VI sinif şagirdlərinə sınaq məqsədilə monitorinq təşkil olunub
VI sinif şagirdlərinə sınaq məqsədilə monitorinq təşkil olunub
Birinci sinfə qəbulla bağlı 23 alternativ qeydiyyat mərkəzi yaradılıb
Birinci sinfə qəbulla bağlı 23 alternativ qeydiyyat mərkəzi yaradılıb
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib
“Füzuli dünyası” adlı intellektual bilik yarışı təşkil olunub
“Füzuli dünyası” adlı intellektual bilik yarışı təşkil olunub
Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir
Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir
51 məktəbli Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına vəsiqə qazanıb
51 məktəbli Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına vəsiqə qazanıb
"Korrupsiyadan azad mühit və şəffaflıq" mövzusunda maarifləndirici seminar keçirilib
İsmayıllıda akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub
İsmayıllıda akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub