veten informasiya agentliyi

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Çiyni kəndində səyyar qəbul keçirib

Tarix:28-01-2020, 11:22
Baxış Sayı:961

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Çiyni kəndində səyyar qəbul keçirib


Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev Çiyni kənd Mədəniyyət evində rayonun hüquq-mühafizə orqanlarının, xidməti təşkilat rəhbərlərinin iştirakı ilə 98 nəfər kənd sakini ilə görüşüb.
RİH başçısı ölkədə gedən quruculu və abadlıq işlərindən, pensiya və müavinətlərin, minimum əmək haqqının artırılmasından, fiziki şəxslərin problemli kreditləri ilə bağlı fərmanın icrasından danışaraq 05.02.2019-cu il tarixdə Ağsu rayonunda baş vermiş təbii fəlakət nəticəsində fərdi yaşayış evlərinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən baxış keçirilərək dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərin icra olunduğunu bildirib. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən Ağsu rayonunun inkişafı məqsədilə verilmiş sərəncam və fərmanların icra olunduğunu, rayonda aparılan quruculuq və abadlıq işlərinin davam etdirildiyini vətəndaşların nəzərinə çatdırıb.
Səyyar qəbulda vətəndaşlar Çiyni kəndində qaz, su, işıq xətlərinin çəkilməsi, kənd yollarının asfaltlaşması, Çiyni kənd tam orta məktəbi, Mədəniyyət evi, uşaq bağçası, icra nümayəndəliyi və digər xidmət təşkilatları üçün binanın tikilməsinə, kənd sakinləri və uşaqlar üçün istirahət və əyləncə parkının, kənd stadionunun yaradılmasına görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.
Sakinlər tərəfindən barama istehsalı üçün lazımi şəraitin yaradılması, Bəyimli kəndində subartezian quyusunun qazılması və baş vermiş zəlzələ zamanı fərdi yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı müvafiq köməklik göstərilməsi xahiş edilib.
RİH başçısı vətəndaşlar tərəfindən səsləndirilmiş müraciət, təklif və problemlərin icrası ilə əlaqədar aidiyyəti xidməti təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıqlar verib.


Ağsu rayon İcra Hakimiyyətinin başçısı Çiyni kəndində səyyar qəbul keçiribAğsu rayon İcra Hakimiyyətinin başçısı Çiyni kəndində səyyar qəbul keçiribAğsu rayon İcra Hakimiyyətinin başçısı Çiyni kəndində səyyar qəbul keçiribAğsu rayon İcra Hakimiyyətinin başçısı Çiyni kəndində səyyar qəbul keçirib

NOVRUZ ASLANOV ZİYALILIĞI
NOVRUZ ASLANOV ZİYALILIĞI
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış