veten informasiya agentliyi

İcra başçısı Elxan Abdullayevin rəsmi saytında gülünc mənzərə – Foto

Tarix:16-10-2018, 10:09
Baxış Sayı:648

İcra başçısı Elxan Abdullayevin rəsmi saytında gülünc mənzərə – Foto














Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi saytında maraqlı mənzərə ortaya çıxıb.

6 saylı Poçt Filialının 54 nömrəli poçt şöbəsi ilə əlaqə saxlamaq istəyən rayon sakini gülüş doğuran hadisə ilə qarşılaşıb.

Belə ki, ərazi üzrə verilən internetdən imtina etmək üçün “Azərpoçt”un telefon nömrələrini öyrənmək istəyən M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan şəxs icra hakimiyyətinin rəsmi saytına daxil olub. Lakin orada qeyd olunan iki nömrə onun zənglərinə cavab verməyib.

Digər göstərilən nömrədən isə rayon sakininə bildirilib ki, həmin ünvan yaşayış evidir və poçt şöbəsi ilə əlaqəsi yoxdur.

Mövzu ilə Binəqədi RİH-dən münasibət öyrənməyə çalışsaq da cəhdlərimi boşa çıxıb. Hərçənd qurumun əlaqə nömrələrinin zənglərə cavab vermədiyini bilsək də, bəxtimizi sınamaq istədik.

Qeyd edək ki, bundan öncə də icra hakimiyyətindən başqa mövzularla bağlı açıqlama əldə etmək mümkün olmayıb.

Xatırladaq ki, rayonun sabiq rəhbəri Xaləddin İsgəndərovun dövründə daim belə hallar yaşanıb. Yalnız keçmiş başçının əl telefonuna zəng vurmaqla hansısa hadisə barədə məlumat öyrənmək mümkün idi. Görünür, qurumun yeni rəəhbəri adət-ənənəni pozmamaq qərarına gəlib.

İcra başçısı Elxan Abdullayevin rəsmi saytında gülünc mənzərə – Foto

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı