veten informasiya agentliyi

Milyonları yeyən “DekaBank” müdirinin həbsinin gizlinləri - Təfərrüat

Tarix:10-05-2017, 10:59
Baxış Sayı:422

Milyonları yeyən “DekaBank” müdirinin həbsinin gizlinləri - Təfərrüat

















Ötən həftə ləğv olunmuş “DekaBank” ASC-nin idarə heyətinin sabiq sədri Vəliyev Niyazi Şaiq oğlu həbs edilməsi xəbəri diqqətdən kənarda qaldı

Sabiq bankirin həbsinə səbəb maliyyə yeyintisi olub.

Bu barədə gununsesi.info yazıb ki, onun barəsində Binəqədi Məhkəməsinin qərarı ilə 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

N.Vəliyev haqda külli miqdarda vəsaiti mənimsəmə ittihamı ilə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində cinayət işi açılmışdı.

N.Vəliyevin vəkili Adəm Məmmədov “DekaBank” ASC-nin sabiq rəhbərinin prezidentin sabiq köməkçisi Tariyel Ağayevin qohumu olduğunu açıqlayıb.

T.Ağayev N.Vəliyevin bibisinin əridir. İddiaya görə, Tariyel Ağayev külli miqdarda vəsaiti mənimsəməklə onu aldadan qohumundan hüquq mühafizə orqanlarına şikayət etmişdi.

“DekaBank” ASC-nin lisenziyası 2016-cı il iyulunda ləğv edilib. Bu bankın ləğv prosesi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılıb.

Məlumata görə, T.Ağayevlə bank sədrinin davası çoxdan başlayıbmış. Bir neçə dəfə həbs təhlükəsi olsa da, N.Vəliyev qandallanmayıb. Amma T.Ağayev şikayətlərini avam etdirib.

Ulus.Az-ın verdiyi məlumata görə, hələ 2014-cü ildə Mərkəzi Bankın kapitallaşma tələbinə əməl edə bilməyən bank bağlanmaya ən əsas namizədlərdən biri sayılırdı.

Belə ki, həmin ilin yanvar-sentyabr aylarının yekunlarına görə "Dekabank”ın məcmu kapitalı 30,8 milyon manat təşkil edib.

Bu da Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbindən (50 milyon manat) təxminən 19 milyon manat az idi.

21 fevral devalvasiyası ərəfəsində bəzi bankların maxinasiyalara yol verərək, yüz milyonlarla dollar gəlir əldə etdiyi deyilirdi.

Hətta prezident də bu barədə öz çıxışında qeyd etmişdi. Mərkəzi Bankın kapitallaşma tələbinə çox çətinliklə əməl edən "Dekabank”ın 21 fevraldan sonra kreditləşməni dəfələrlə artırması onun da prezidentin qeyd etdiyi maxinasiyalarda iştirak etdiyi şübhəsini artırırdı.

Dekabr ayında baş verən devalvasiyadan sonra bankın problemləri daha da artmışdı. Əsasən fiziki şəxslərə verilən dollar kreditlərinin qaytarılması sahəsində böyük çətinliklər yaranıb.

21 dekabrdan sonra dolların məzənnəsini süni surətdə artıran valyutadəyişmə məntəqələri arasında "DekaBank”ın məntəqələri də olub. Bu barədə müvafiq qurumlar tərəfindən hazırlanan məlumat birbaşa ölkə rəhbərliyinə çatdırılıb.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə