veten informasiya agentliyi

“İcra başçıları insanları aşağıda görürlər” - Millət vəkili

Tarix:14-07-2018, 12:35
Baxış Sayı:434

“İcra başçıları insanları aşağıda görürlər” - Millət vəkili















"Məmur-vətəndaş münasibətləri çox ciddi məsələdir və hazırda bu problem var. Deməzdim ki, bu problem yalnız Gəncədədir. Bir çox regionlarda bu problem var”.

Bunu millət vəkili Vahid Əhmədov "Yeni Müsavat”a müsahibəsində deyib. O, bildirib ki, çox təəssüflər olsun ki, icra başçılarının əksəriyyəti məmur-vətəndaş münasibətlərində çox ciddi problemlər yaradırlar: "Onlar özlərini vətəndaşdan yuxarıda hissi edirlər, insanları aşağıda görürlər, bu, qəbuledilməzdir! Hesab edirəm ki, Gəncədə baş verən hadisələr zamanı ağsaqqallar da öz sözlərini deməliydilər, çıxıb əhali ilə danışmalıydılar. Heç bir günahı olmayan iki polisin öldürülməsi qəbuledilməzdir. Onların ana-bacıları, balaları niyə gözüyaşlı qalmalıydı? Onların bu məsələlərdə heç bir günahı yoxdur.

Ümumiyyətlə, bu silsilə xarakterli hadisələrin hamısı idarə olunan hadisələrdir. Bunların hamısını araşdırmaq, lazım gələrsə, müdaxilə edən hansısa bir dövlətə nota da vermək lazımdır ki, Azərbaycanın müstəqilliyinə xələl gətirən hadisələrə yol verilməsin! Mən baş verənləri adi hadisələr saymıram”.

Millət vəkili elektrik böhranı ilə bağlı da danışıb: "İlham Əliyev prezident seçildiyi 2003-cü ildən bəri bu sistemə külli miqdarda vəsait xərcləmişik. Həmçinin 30-dan çox elektrik stansiyaları tikilib, istifadəyə verilib. Əvvəllər işıqla əlaqədar rayonlarda, elə paytaxtımızda çox ciddi problemlər var idi. Amma son hadisələrə qədər elə ciddi problem yox idi. Birincisi, o vəsaitin xərclənməsinin hamısını Etibar Pirverdiyevlə bağlamaq olmaz. Buna məsul olan digər qurumlar da var. Azərbaycan hökuməti, Nazirlər Kabineti, bu qurumda həmin sahəyə məsul şəxslər, şöbələr var, həmçinin baş nazirin müavini var. Mingəçevir İES həmişə nəzarətdə olub. Mən baş nazirin birinci müavini olanda mütəmadi şəkildə ora getmişik, baxmışıq, müəyyən işlər görülüb. Görünür, son vaxtlar bu məsələ nəzarətdən yayınıb. Ona görə də araşdırmanı ciddi aparmaq lazımdır. Azərbaycanda xüsusi nazirlik yaradılıb, Energetika Nazirliyi, o nazirlik nə ilə məşğul olur? Orada xüsusi şöbələr, nəzarət orqanları var. Bunlar araşdırılmalıdır ki, günahkarların kimliyi barədə əhaliyə məlumat verilsin”.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
Bakı-Qəbələ-Bakı qatarı Ucarda da dayanacaq
Bakı-Qəbələ-Bakı qatarı Ucarda da dayanacaq
Kənan Doğulu və həyat yoldaşı Beren Saat saxlanıldı
Kənan Doğulu və həyat yoldaşı Beren Saat saxlanıldı
Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
Ermənistanda zəlzələ oldu - Naxçıvanda hiss edildi
Ermənistanda zəlzələ oldu - Naxçıvanda hiss edildi
Paytaxtda qadın sürücü piyadanı vuraraq öldürdü
Paytaxtda qadın sürücü piyadanı vuraraq öldürdü